200 yaşa qədər yaşaya bilməməyimizin səbəbi dinozavrlardır?

Dinozavrların insan ömrü və qocalma prosesi ilə nə əlaqəsi var? Yeni elmi araşdırma dinozavrların əsrlər boyu hökmranlığını məməlilərin, o cümlədən insanların qocalması prosesi ilə əlaqələndirir.


"BioEssays" jurnalında təfərrüatları verilmiş "uzunömürlülük darboğazı" fərziyyəsi, dinozavrların 100 milyon il əvvəl göstərdiyi təkamül təzyiqlərinin müasir məməlilərin həyatında silinməz iz qoyduğunu göstərir. Elm aləmində səs-küy yaradan təəccüblü fərziyyə, keçmişin kölgələrinin hələ də üzərimizdə dolandığını və həyatın ən əsas faktlarından birinə: qocalmağa təsir etdiyini göstərir.

Birmingem Universitetinin professoru João Pedro de Magalhães deyir: "Erkən məməlilərin əhəmiyyətli bir hissəsi dinozavrlar əsrində qida zəncirinin dibində yaşamalı idi və yəqin ki, 100 milyon il sürətli çoxalma yolu ilə sağ qalmaq üçün təkamül keçirib. Mən iddia edirəm ki, zülm dövrünün bizim insanların qocalma tərzimizə təsiri olub”.

Məməlilər dinozavrların kölgəsində təkamül etdikcə, uzunömürlülükdənsə sürətli çoxalmaya üstünlük verdibər. Bu uyğunlaşma o zaman lazım idi. Lakin o, istəmədən nəvələrinin qocalma prosesini formalaşdırıb. 

Molekulyar biogerontologiya sahəsində tədqiqatlar aparan prof. De Maqalhaesin məqaləsini qısaca belə xülasə etmək mümkündür: Dinozavrların Yer kürəsinə hakim olduğu dövrlərdə kiçik məməlilər həyatda qalmaq üçün sürətlə çoxalmalı idilər. Mezozoy erasında məməlilər sürətlə çoxalmaq üçün daimi təzyiqlə üzləşdilər. Və bu, toxuma bərpası və DNT bərpası kimi uzunömürlülüklə əlaqəli genlərin daha sonra təkamül zamanı itirilməsinə və ya inaktivləşməsinə səbəb olub.

Məməlilərin qocalma sürəti ilə bir çox sürünən və suda-quruda yaşayanlar arasında ciddi fərq var. Məsələn, niyə məməlilər bir çox sürünənlərdən daha tez qocalırlar? Məqalədə vurğulanır ki, “evteriya məməliləri dinozavrlar dövründə ultrabənövşəyi işığın vurduğu zədələri bərpa edən bəzi fermentləri itiriblər. Bu, çox güman ki, məməlilərin qorunmaq üçün gecə yaşamağa başlaması ilə əlaqədardır.

Digər əlamətlər də var. Məsələn, dişləri götürək: Bəzi sürünənlər, o cümlədən timsahlar, həyatları boyu dişlərini böyütməyə davam edirlər. Bəlkə də bu, milyonlarla il əvvələ gedən genetik seçimin nəticəsidir. Professor,  "Biz heyvanlar aləmində həqiqətən qeyri-adi təmir və bərpa nümunələrini görürük" deyə bildirir. Hal-hazırda, insanlar, balinalar və fillər də daxil olmaqla, çoxsaylı məməlilər Mezozoy dövrünə aid genetik qüsurlarla yaşayırlar. "Biz bir çox sürünənlərdən təəccüblü dərəcədə daha sürətli qocalırıq" deyir.

Tədqiqat məməlilərin milyonlarla il ərzində qocalma tərzini formalaşdıran təkamül nəzəriyyəsinə işıq sala bilər. Yaşlanmanın arxasında duran amillər haqqında daha çox bilmək bizə demans və insult kimi yaşa bağlı xəstəliklərlə mübarizə aparmağa kömək edə bilər. Professor. "Hazırda  sadəcə bir fərziyyə olsa da, bu problemi həll etmək üçün bir çox maraqlı səbəblər var" deyə bildirir.

Bu fərziyyə yeni tədqiqatlara, o cümlədən məməlilərdə xərçəngə yoluxma hallarının digər növlərə nisbətən daha çox olmasının dinozavrların Yer kürəsini idarə etdiyi dövrdən qalan mezozoy irsinin nəticəsi ola biləcəyi ehtimalını yaradır.