Görənlər təəccübləndi: Zibil  maşını gəlin maşını oldu- FOTO

Kocaelidə Türkan Baylan idarə etdiyi  bələdiyyənin mini tozsoran maşınını gəlin maşınına çevirib. Süpürgəçi maşında bəylə gəlini görənlər gözlərinə inanmayıb.
Sherg.az  türk mediasına istinadən xəbər verir ki, Başiskele Bələdiyyəsi Təmizlik İşləri Müdirliyinin işçiləri Türkan Baylan və Faiq Çalık həyatlarını birləşdirib. Türkan Baylan gəlinlik paltarında sürücüsü olduğu zibil  maşınının sükanı arxasına keçib. 

Bələdiyyə binasının qarşısından başlayan karvan rəngli görüntülər yaradıb. Cütlüyü ən xoşbəxt günündə tək qoymayan həmkarları zibil maşınları ilə konvoya qoşulub. Mini tozsoran maşında bəylə gəlini görən vətəndaşlar gözlərinə inanmayıblar. Cütlük toyları ilə xoşbəxtliyə “hə” deyib.


Cütlüyün nigahını bağlayan Başiskele bələdiyyə başqanı Yasin Özlü, "Yaxşı işlərə vəsilə olmaq bizə hər zaman xoşbəxtlik bəxş edib. Bir çox xeyirli işlər həyata keçirərkən insanların həyatına belə gözəlliklər gətirə bilmək bizim ən böyük xoşbəxtliyimizdir. Hər iki həmkarıma həyatlarında xoşbəxtlik arzulayıram, Allah xoşbəxt eləsin” deyə bildirib.