Qars  dondu: 20 dərəcə şaxta göründü

Şərqi Anadolu bölgəsi şiddətli soyuqların təsiri altındadır. Ötən gecə Qarsda termometrlər 20 dərəcə şaxta göstərib. Şəhərin mərkəzində bir çox iş yerlərinin pəncərələri donub, qapıların qıfılları da donub.

Sherg.az türk mediasına  istinadən xəbər verir ki, nəqliyyat vasitələri ədyal və brezentlə örtülüb. Fəvvarələr və dərələr, eləcə də bir çox iş yerinin vitrinləri və qapıları donub.




 
Vitrinində əmələ gələn buzu bıçaqla sıyırıb təmizləyən tərəvəzçi Yücel Dereçiçek, "Hər səhər işə gələndə buzla örtülmüş qapını üfləyici ilə açıram. Tərəvəz və meyvə satdığımız üçün sobanı yandırmıram. İçəridə orta temperatur 3 dərəcə şaxtadır. Beləliklə, iş yeri təbii soyuducu kimidir" deyə bildirib.

Dereçiçek, avtomobillərinin dizel çənlərinin də donduğunu və çətin günlər yaşadıqlarını bildirib.