Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh artıq faktdır

“Ermənistan və Azərbaycan arasında sülhün olduğu artıq faktdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Türkmənistanda keçirilən MDB sammitində bildirib.

“Son iki ildən artıq müddət ərzində ermənilərlə azərbaycanlılar arasında atışmalar nəticəsində ölən və ya yaralanan olmayıb. Halbuki son otuz il ərzində, 1990-cı illərdən başlayaraq, hər il hər iki tərəfdən ölənlər və yaralananlar olurdu”, - o qeyd edib.