Pezeşkian Putinlə görüşdə Tramp üçün heç bir mesaj çatdırmayıb

İran Prezidenti Məsud Pezeşkian dünən Türkmənistanda Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı ABŞ Prezidenti Donald Tramp üçün heç bir mesaj çatdırmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Xeyr, ötürməyib”, - o, müvafiq sualı cavablandırarkən bildirib.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Rusiya lideri ilə yaxın vaxtlarda telefon danışığı aparmağın mümkünlüyünü bəyan etmişdi.