8600 illik kəşf: Dünyanın ən qədim “çörəyi” tapıldı

Dünyanın ilk urbanizasiya yerlərindən biri olan Çatalhöyükdə aparılan qazıntılar zamanı 8600 illik “çörək” tapılıb.
Sherg.az xəbər verir ki, Konyanın Çumra rayonunda yerləşən və Neolit dövründə təxminən 8 min insanın bir yerdə yaşadığı Çatalhöyükdə, yuxarıdan girilə bilən bitişik kerpiç evlərin olduğu "Mekan 66" adlı ərazidə soba quruluşu aşkar edilib. .
Əsasən dağıdılmış sobanın ətrafında buğda, arpa, noxud toxumu və yemək ola biləcək xurma böyüklüyündə tapıntı aşkarlanıb.
Necmettin Erbakan Universiteti Elm və Texnologiya Araşdırma və Tətbiq Mərkəzində (BİTAM) aparılan analizlərdə süngər qalığının eramızdan əvvəl 6600-cü ilə aid fermentləşdirilmiş çörək olduğu müəyyən edilib.