Görənlər heyrətlənir: Bir gözü mavi, o biri gözü yarı mavi, yarı qəhvəyi

Türkiyənin Adana şəhərində doğulan bir gözü mavi, digər gözünün yarısı mavi, yarısı qəhvəyi olan balaca uşaq görənləri heyrətə gətirir.
Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mərkəz Seyhan qəsəbəsinin Kavaklı məhəlləsində yaşayan Cəbrail (38) və Özlem (36) Yalçınkaya cütlüyünün övladı Fatih (9) iki fərqli gözlü dünyaya gəlib.

 
Fatehin gözlərini belə görən ailə qorxaraq həkimə müraciət edib.

Həkimlər Fatihin gözlərində görmə probleminin olmadığını, sadəcə heteroxromiya olduğunu bildiriblər. 

Dostları onu Van pişiyinə bənzədir. Fatih isə, "İki rəngli gözlərə öyrəşmişəm. Bəziləri görəndə təəccüblənirlər. Gözlərimin rəngini soruşanda deyirəm. qəhvəyi və mavi. Grənlər mənimlə şəkil də çəkdirirlər. Ailəmdə heç kimin mavi gözləri yoxdur, bu, Allahın mənə hədiyyəsidir" -deyir. 

Atası  Cəbrail Yalçınkaya isə oğlunun sağlam olduğunu bildirib: "Bu gözlər Allahın iradəsidir. Ona görə də təəccüblənmirik. Doğulanda bir az panikaya düşdük, həkimə apardıq, qorxacaq bir şey olmadığını dedilər, Allahın istəyidir.Görməsində problem yoxdur, görənlər təəccüblənir. Oğluma reklam təklifi gəlsə, düşünüb həyata keçirərik". 


Babası İsmayıl Yalçınkaya isə doğulanda nəvəsinin gözlərini görəndə qorxduğunu ifadə edir: "Nəvəm dünyaya gələndə qorxduğum üçün sağlamlıq mərkəzinə apardım. Həkimimiz dedi ki, bu gözlərə yaxşı bax, diqqətli olun. Bu gözlər gələcəkdə faydalı olacaq.
Nəvəmi məktəbə göndərəcəm, gələcəkdə reklamlarda çəkiləcək. Görənlər təəccüblənir, fotolar çəkdirirlər, soruşurlar ki, “sizdə belə bir genetik şey var”, amma “belə bir şey yoxdur. Bu, Allahın bizə bəxş etdiyi gözəllikdir" deyirəm.