Merinos qoçu 150 minə satılıb

Türkiyənin Balıkəsir bölgəsində satışa çıxarılan 161 qoç arasında ən bahalısı 150 min lirəyə satılıb.

Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki,  Qoyunçuluq Elmi-Tədqiqat İnstitutu tərəfindən hər il keçirilən "Ənənəvi damazlıq Qoç Satış Mərasimi"ndə satışa çıxarılan 161 qoç arasında ən bahalısı 150 min lirəyə satılıb. 


 
İnstitutda yetişdirilən merinos cinsi damazlıq qoç  Ceyhun Mırız tərəfindən rekord qiymətə - 150 ​​min lirəyə alınıb.

Ceyhun Mırız açıqlamasında, “Merinos qoçlarımız çox məşhurdur. Aldığımız qoçun damazlıq şəcərəsinə baxıb onu izləyirdik. Bizə qismət oldu. Merinoslara kömək etmək istədik. Erdəkdə bir fermamız var. Ümid edirəm ki, qoçumuzdan damazlıq kimi istifadə edəcəyik" deyə bildirib.