Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları haker hücumlarına məruz qalıb.
Bu barədə Hacı Şahinin səhifəsini idarə edən komanda məlumat yayıb:
“Artıq “Youtube” kanalımız hakerlər tərəfindən ələ keçirilib. Hazırda hücumların zərərsizləşdirilməsi istiqamətində işlər aparılır. Tezliklə ictimaiyyətə məlumat veriləcək”
Məsələyə münasibət bildirən yazıçı, şair, ilahiyyatçı, psixoloq İlqar Kamil "Sherg.az"a söyləyib ki, bu xəbər mənə Mübariz İbrahimovun əlləri qatmayla bağlanmış mübarək bir şəklini xatırlatdı:
"Düşmən onun ölüsündən belə qorxmuşdu. Mənə görə, çox bərəkətsiz xəbərdir. Amansız tendensiyanın artan xətt üzrə davamıdır. Bütün təsəllilərimiz əlimizdən alınır və sevənləri Hacının həsrətinə qarşı tərki-silah olunur. Ay Allahsızlar, heç olmasa mübarək ayın bitməsini gözləyəydiniz. Biz şikayətçiyik. İlahi, sən özün hər şeyi görürsən, bilirsən, belə olmamalıdır. Bu gözəl miras bizə, balalarımıza lazımdır. Hacının düşmənləri isə yalnız Azərbaycanı sevməyən qüvvələrdir".