Güclü lider təkcə ritorikası ilə deyil, həm də idarəetmə tərzi ilə seçilir
Liderlik təkcə tutduğunuz vəzifə və ya sahib olduğunuz güclə bağlı deyil. Uğurlu bir liderə xas bütün keyfiyyətlərə sahibsinizsə, həyatda istədiyiniz mövqeyə çata və istədiyiniz rolu ala bilərsiniz.
Bəs, Liderlik nədir? Liderlik sizin hadisələr və insanlar üzərində nə qədər təsirə malik olduğunuz və ondan nə qədər səmərəli istifadə edə biləcəyinizlə bağlıdır. Güclü lider təkcə ritorikası ilə deyil, həm də idarəetmə tərzi ilə seçilir. Bir qrupun üzvü olsanız belə, eyni məqsədə doğru hərəkət etmək üçün bəzi liderlik keyfiyyətlərinə sahib olmalısınız. “Sherg.az” uğurlu bir liderin sahib olduğu xüsusiyyətləri təqdim edir...
Vizyon sahibi olmaq
Sizin gələcəyə baxışınız olmalıdır və bu baxış başqalarına ilham verməlidir.
Realist olmaq
Realist olan liderlər dürüstlüyü dəstəkləyirlər. Onların sözləri və hərəkətləri inam yaratmalıdır.
Maraqlı olmaq
O, ağıllı liderdir, açıq fikirli və maraqlanandır. Danışmaqdansa dinləməyi üstün tutur və bilik dalınca gedir.
Vicdan sahibi olmaq
Vicdanlı lider lazım gəldikdə məsuliyyəti öz üzərinə götürməkdən çəkinməz. Doğru ilə yanlışı ayırd etmək liderin sahib olmalı olduğu ən vacib keyfiyyətlərdən biridir.
Cəsarətli olmaq
Lider açıq şəkildə cəsarət nümayiş etdirə bildikdə, bu, onun maneələrə optimist baxışı olduğunu göstərir.
Təvazökar olmaq
Bütün bu xüsusiyyətlər arasında təvazökarlıq ən nadir xüsusiyyətlərdən biridir. Uğurlu lider öz səhvlərini necə qəbul etməyi və onlardan öyrənməyi bilməlidir.