2700 yaşlı çinar öz ziyarətçilərini gözləyir

Antalyanın Kəmər rayonundakı Gedelme yaylasında 2700 illik təbiət abidəsi olan Gedelme Çinar ziyarətçilərini gözləyir. Platanus orientalis (Şərq çinarı) növündən olan ağac uzunluğu 28 metr, diametri 4,54 metr, çevrə uzunluğu 14,26 metr olması ilə diqqət çəkir.

Yaşını sübut edən və dünyanın ən böyük, ən qədim və ən möhtəşəm çinarları arasında yer alan 'Gedelme çinar' təbiətsevərləri gözləyir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, çinarın yaşının 2 min 700 il olaraq təyin olunması və onun yanında yerləşən Gedelmə qalasından daha yaşlı olması ağacı təkcə möhtəşəmliyi ilə deyil, həm də tarixə şahidliyi ilə xüsusi edir.

Antalyanın Kəmər rayonunda 700 metr yüksəklikdəki Gedelme yaylasında yerləşən təxminən 2700 illik təbiət abidəsi olan Gedelma Çinarının uzunluğu 28 metr, diametri 4,54 metr, perimetri isə 14,26 metrdir.

Kəmər rayonundan təxminən 15 km uzaqlıqda, 15 dəqiqəlik səyahətlə çatmaq mümkün olan yaylaqa yerləşən ağaca yay aylarında gündə təxminən 1000 adam baş çəkir.