Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Sherg.az"a verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb.
![](https://static.report.az/photo/fae79ad9-3dfe-3a6f-851f-b140c8b49761.jpg)
Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.