“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilib.
Bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb. Fərmana əsasən, yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib. Belə ki, onlar müvafiq ərazidə məişət zorakılığının qarşısının alınması sahəsində qanunla müəyyən edilmiş tədbirlər görəcək.
Yeni qərarı müsbət qiymətləndirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a söyləyib ki, İstənilən halda məişət zorakılığı ilə bağlı qəbul edilmiş qərarlar mütərəqqi haldır:
"Təbii ki, bu sahədə addımların atılması, maarifləndirici görüşlərin keçirilməsi müəyyən dərəcədə Rayon İcra Hakimiyyətlərinin üzərinə düşür. Güman edirəm ki, Prezidentin yeni fərmanı mövcud vəziyyətlə əlaqədardır və uğurlu olacaq. Yenilik bu sahədəki mövcud problemləri azaldacaq".