Bu uşaqların cizgi filmlərinə baxması qəti qadağandır -PSİXOLOQDAN TÖVSİYƏ

Cizgi filmləri valideynlərin istirahəti üçün əla seçim olsa da, onların əsas funksiyası uşaqların inkişafına töhfə verməkdir.
Bəs cizgi filmlərinə neçə yaşdan baxmaq lazımdır? Körpələr cizgi filmlərinə baxa bilər?

Mövzu ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, televiziyadakı verilişlərin əksəriyyətində hansı yaş qrupuna müraciət etdiklərini göstərən ifadələr var:

                                                                              
"Eyni şey cizgi filmlərinə də aiddir. Hər yaşın inkişaf sürəti və bacarıqları fərqli olduğu üçün valideynlər övladlarının nəyə baxdıqlarına fikir verməlidirlər. Məsələn, "Maşa və Ayı" uşaqlarda hiperaktivlik və davranış pozuntusu yaradır. Azyaşlıları küsməyə, dağıdıcılığa meylləndirir. Nitq ləngiməsi, ünsiyyətdə problemi olan uşaqların cizgi filmlərinə baxması qəti qadağandır. Cizgi filmləri, reklamalar körpələrin nitqini ləngidir, İQ səviyyəsini aşağı salır və diqqət dağınıqlığı yaradır".