Türkiyənin Aksaray bölgəsində Həsən dağının ətəyində yerləşən Gözlükuyu kəndində yaşayanlar 32 il əvvəl su olmadığı üçün başqa bölgəyə köçüblər. Salman ailəsi isə kəndi tərk etməyib. Həyat yoldaşının ölümündən sonra 12 ildir kənddə tək yaşayan Selami Salman "Burada tapdığım rahatlığı başqa heç yerdə tapa bilmirəm" deyib.
Sherg.az türk mediasına istinaddən xəbər verir ki, Aksarayın Həsən dağının ətəyində yerləşən 180 təsərrüfatlı Gözlükuyu kəndində yaşayan insanlar 32 il əvvəl qəsəbənin hündürlükdə olması və suyun kifayət qədər olmaması səbəbindən təxminən 8 kilometr uzaqlıqdakı düzənlik əraziyə köçüblər.
7 uşaq atası Selami Salman ailəsi ilə birlikdə kənddə qalıb. Salmanın uşaqları da evləndikdən sonra kəndi tərk ediblər.
12 il əvvəl həyat yoldaşı Fadimaananı xərçəng xəstəliyindən itirən Selami Salman kənddə 2 otaqlı evdə tək yaşamağa davam edib:
“Gözlükuyu kəndində doğulmuşam, burada da öləcəyəm. Həyat yoldaşımın vəfatından 12 il keçir. Övladlarım da öz ailələrini qurdular, getdilər. Hazırda kəndimdə tək yaşayıram. Burada tapdığım rahatlığı başqa heç yerdə tapa bilmirəm” .
Kənddə tək yaşamağın çətin olduğunu və hər şeyi təkbaşına həll etməli olduğunu izah edən Salman “68 ildir bu kənddəyəm. Təbii ki, tək yaşamaq çətindir, hər şeyi özün etməlisən. Və qış aylarında yollar bağlansa, çörəksiz qalıram, amma özüm bişirirəm” deyə bildirir.
Salaman kişi yalnızlığa öyrəşib: “Uşaqlarım bazar günləri mənə baş çəkməyə gəlir, onlarla yeyib-içirik, sonra hamı evinə gedir. Bu yerin təmiz havasına öyrəşmişəm, mərkəzdə 10 saat yatmaq azdır. Burada 4 saat yatmaq kifayətdir. Aşağı kəndə getsəydim, bəlkə mən də öləcəkdim, bu yaşıma qədər yaşamazdım. Həyat yoldaşımın qəbrinin dibində yer ayırdım. Öləndə məni arvadımın yanında basdırsınlar”.