Ayrılmaq hər kəs üçün çətindir, lakin bir əlaqəni bitirən şəxs olmaq daha pisdir. Qarşı tərəfi incitmədən irəliləmək və xoşbəxtliyi tapmaq çox vacibdir.
Sherg.az xarici mediaya istinadən birini tərk edərkən əsla etməməli olduğunuz məqamları təqdim edir...
1. KİMSİNDƏN KƏMƏK İSTƏMƏK
Bəzi insanlar ayrılıq söhbətinə cəsarət etmədikləri təqdirdə dostlarından kömək istəyə bilərlər. Bununla belə, dostunuz sevgilinizə hər şeyin bitdiyini söyləsə, xoş olmaz. Bunu özünüz edin və böyüklər kimi onunla məşğul olun.
2.AYRILIQ MESAJI GÖNDƏRMƏK
Partnyorunuza “Səni daha görmək istəmirəm” mövzusunda mesaj göndərmək peşmançılıq hissi yaradar. Çünki həyatınıza müəyyən mənada toxunan partnyorunuz üz-üzə ayrılmağa və ya heç olmasa səsli mesajdan ayrılmağa layiqdir.
3. QEYD YAZMAQ
Sevgilinizi bir not buraxaraq tərk etmək çox üzücüdür. Bundan əlavə, bu hərəkət partnyorunuza ona hörmət etmədiyinizi hiss etdirəcək. Bunun əvəzinə insana özünüz deyin.
4. SOSİAL MEDİA MESAJI İLƏ AYRILMAQ
İstənilən sosial media platformasında sevgilinizə ayrılıq mesajı göndərmək xoş deyil. Bu, ortağınızın heç vaxt unutmayacağı və sizi pis xatırlayacağı bir davranış olacaq.
5. YOX OLMAQ
Ayrılıq söhbətindən qaçmaq üçün yoxa çıxmaq münasibəti bitirməyin ən pis yoludur. Bunun əvəzinə qorxularınızla üzləşin və mərhəmətli olun.