İntensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib

İyunun 12-də gecə İsmayıllı rayonu ərazisindən axan Girdimançay-Qaranohur, Quba rayonu ərazisindən axan Vəlvələçay-Təngəaltı və Şabran rayonu ərazisindən axan Gilgilçay-Şabran məntəqələrindən sel keçib.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, hazırda da Quba rayonu ərazisindən axan Qudiyalçay-Qımıl məntəqəsindən sel keçir.