Qocalıq nə vaxt başlayır?

 İnsanlar 44 və 60 yaşlarında iki böyük qırılma nöqtəsi keçirir


  İnsan həyatı dəyişikliklərdən ibarətdir. İnsan doğulduğu gündən məzaradək müxtəlif mərhələlərdən keçir. Uşaqlıq, yeniyetməlik, gənclik, orta yaş və nəhayət qocalıq – ahıllıq dövrü taleyə bağlı olaraq hər bir insanın keçəcəyi dövrlərdir. Elə insanlar da var ki, sanki heç vaxt qocalmayacaq kimi yaşayır, günlərin birində aynaya baxdıqda saçlarındakı ağı, göz, ağız kənarlarındakı qırışları gördükdə heyrətə düşürlər.
 “Sherg.az” “tr.mashable.com”a istinadən bildirir ki, yaşlanma ilə bağlı molekulyar dəyişikliyə dair yeni bir araşdırmaya görə, insanlar ümumilikdə, 44 və 60 yaşlarında iki böyük qırılma nöqtəsi keçirir. Stanford Universiteti nəzdində genetika sahəsində tədqiqatlar aparan Maykl Snayder, “insan zamanla yavaş-yavaş dəyişmir, biz həqiqətən də dəyişikliklərin kəskin baş verdiyini görürük”, deyib. Tədqiqatçı qeyd edib ki, insanların 40 yaşa çatdıqda orqanizmlərində  kəskin dəyişikliklər baş verdiyi müəyyənləşib. 60 yaşa çatdıqda isə eyni hal baş verir. Molekullar sinfində də bu, belədir. Yaşlanma hər hansı xəstəliklə əlaqəli artan risklər fonunda baş verir. M.Snayder və həmkarları   yaşlanmanın biologiyasını tədqiq edirlər. Bu məqsədlə 108 yetkin şəxs tərəfindən bir neçə ay ərzində bioloji nümunələr bağışlanıb. Tədqiqatçılar bu nümunələr üzərində analiz və təhlillər apararaq yaşlanmaya səbəb olan amilləri tədqiq edirlər. Tədqiqatçılar bu fikirdədir ki, altsheymer xəstələri və ürək-damar xəstəlikləri olanlarda yaşlanma bəlli bir zaman çərçivəsində kəskin şəkildə özünü göstərir. Bunun səbəbini dəqiqləşdirmək üçün tədqiqatçılar bioloji nümunələr üzərində çalışıblar. Onlar bio-mokekulların hərəkətini təqib ediblər. Fərqli molekullar arasında RNA, proteinlər, lipitlər və bağırsaq, dəri, burun və ağız mikrobiom-taksonları yer almaqdadır və toplamda tədqiqat çərçivəsində 135 min 239 bioloji özəllik tədqiq edilib. Tədqiqatda iştirak edən hər bir insan 626 gün boyunca ortalama 47 nümunə göndərib. Ən uzun müddətdə tədiqiqatda iştirak edən şəxs  367 nümunə göndərib. Bu cür material zənginliyi, tədqiqatın müsbət irəliləməsinə kömək edib. Həm insanlar, həm də heyvanlar üzərində aparılan tədqiqat yaşlanmanın mərhələ-mərhələ baş verdiyini təsdiq edir. Tədqiqat zamanı məlum olub ki, insan orqanizmindəki bir çox molekulların miqdarında iki ayrı mərhələdə çok aşkar bir şəkildə dəyişiklik görünür. Bu dəyişiklik 40 yaş və 60 yaşın başlanğıcında baş verir. Tədqiqat zamanı molekulların məhz bu yaş dövrlərində dəyişikliyə məruz qaldığı bəlli olub. Maraqlıdır ki, qadınlarda yaşlanmaya başlıca səbəb kimi indiyədək menopoz dövrü göstərilsə də, kişilərdə də yaşlanmanın başlanğıcı məhz 40 yaşın ortaları müəyyən edilib.  60 yaşın başlanğıcında orqanizmdə baş verən və qocalmaya səbəb olan molekulyar dəyişikliyin isə qidalanma ilə daha çox bağlı olduğu qeyd edilib.