ANAMA rəsmisi: Azad olunmuş ərazilərdə metal qalıqlarının çoxluğu minatəmizləmə işlərini ləngidir
ANAMA rəsmisi: Azad olunmuş ərazilərdə metal qalıqlarının çoxluğu minatəmizləmə işlərini ləngidir
11:03 12.09.2024
Hərbi
595
Azad olunmuş ərazilərdə mina və metal qalıqlarının çoxluğu minatəmizləmə işlərinin sürətlə aparılmasını ləngidir.
Bunu “Report”un Füzuli rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat rəhbəri Habil Babayev deyib.
O, işğaldan azad edilən ərazilərdə minatəmizləmə işlərinin sürətlə aparılmasını çətinləşdirən səbəbləri qeyd edib:
"Öncə onu bildirim ki, 44 günlük Vətən müharibəsindən dərhal sonra azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərinə başlanılıb. Bu sırada ilkin olaraq, əsas infrastruktur layihələrinin, elektrik, avtomobil və dəmiryol xətlərinin keçəcəyi yerlərdə sürətli təmizləmə işləri həyata keçirilib.
Əhmədbəyli, Şuşa, Köndələn gölünün yatağı, ətraf hissələri, Füzuli şəhərinin özü və ətraf kəndləri, həmçinin şəhərsalma layihələri üzrə tapşırıqlar verilən kəndlərin ərazilərdə də təmizləmə işləri gerçəkləşdirilib. Lakin həmin ərazilərdə mina və metal qalıqlarının çoxluğu minatəmizləmə işlərinin sürətini ləngidir”.
ANAMA nümayəndəsi minalarla daha çox çirklənməyə məruz qalan ərazilər haqqında da məlumat verib:
“Hazırda olduğumuz Horadiz kəndi Füzulinin ən böyük kəndidir. Bu kənd rayonun minalarla ən çox çirklənən ərazisi hesab edilir. Kənddə mina ilə çirklənən ümumilikdə yeddi təmizləmə sahəsi olub. Biz indiki halda düşmənin vaxtilə mövqe tutduğu əraziyə daha yaxın olan 01104 saylı sahədə təmizləmə işləri aparırıq. Ona görə də bu ərazi düşmən tərəfindən daha çox çirkləndirilib. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi çox çətinliklə təmizlənir.
Ərazinin yaşayış məntəqəsinə düşməsi, müəyyən çətinliklər yaradır. Bundan başqa, sahədə metal qalıqları həddən artıq çoxdur və düşmən də 2020-ci ildə çəkilərkən kəndin həm cənub, həm də cənub-qərb hissəsini çoxsaylı minalarla çirkləndirib. Burada təmizləmə işləri davam etdirilir və kənd ərazisinin artıq 70-80 faizi minalardan təmizlənib. Yaxın günlərdə digər sahələrin də təmizlənib istifadəçilərə verilməsi nəzərdə tutulur”.
H.Babayev işğaldan azad olunan ərazilərə gedən vətəndaşlara çağırış edib:
“Vətəndaşlara tövsiyə edirik ki, bu ərazilərə gələrkən, yalnız işarələnmiş ərazilərdəki işlənmiş yollardan istifadə etsinlər. Çünki, bu ərazilərdə atılan yanlış bir addım insanlara həyatları bahasına başa gələ bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol