KİV: İsrail hərbçiləri SEPAH-ın Suriyadakı silah anbarına basqın edib
KİV: İsrail hərbçiləri SEPAH-ın Suriyadakı silah anbarına basqın edib
13:26 12.09.2024
Dünya
470
Bu həftənin əvvəlində İsrail ordusunun xüsusi təyinatlıları Suriyanın Masyaf bölgəsində İran ordusuna (SEPAH) məxsus hərbi obyektlərdə reyd keçirib.
APA xəbər verir ki, bu iddia ilə “Times of Israel” Suriya mətbuatına istinadən çıxış edib.
Bildirilib ki, gözlənilmədən bu məntəqələrin üzərində İsrail helikopterləri görünüb və bir neçə dəqiqədən sonra desant qüvvələri sözügedən əraziyə endirilib. Tərəflər arasında baş verən silahlı toqquşma zamanı bir neçə suriyalı öldürülüb, İran tərəfindən isə ilkin ehtimala görə, 4 nəfər əsir götürülüb. Eyni zamanda, İsrail hərbçiləri ərazidən çox sayda məxfi sənəd və avadanlıqları da müsadirə ediblər.
Bundan sonra həmin əraziyə partlayıcı qurğu yerləşdirilib.
Sözügedən obyektdə kimyəvi silahlarla yanaşı, ballistik pilotsuz uçuş aparatlarının da hazırlandığı bəyan olunub. Daha bir xəbərdə isə reydlərdən birinin Rusiyanın buradakı Hərbiləşdirilmiş Rabitə Mərkəzində keçirildiyi iddia edilib.
ABŞ-yə yaxınlığı ilə seçilən “Al Hurra” xəbər agentliyi eyni anda bir neçə hərbi obyektdə reydin təşkil edildiyini, çoxsaylı itkilərin olduğunu açıqlayıb.
Qeyd edək ki, İran və bu dövlətə yaxın silahlı birləşmələrin hərbi bazası kimi istifadə olunan bu bölgə əvvəllər də hücumlara məruz qalıb. Baş verənlərdə İsrailin rolu olduğu ilə bağlı mülahizələr irəli sürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur