Deputat: Mediada senzuranın tərəfdarıyam

Azərbaycanda televiziya və onlayn mediada senzura tətbiq olunmalıdır.
 "Sherg.az" xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Ceyhun Məmmədov “Teleqraf Holdinq”də keçirilən tədbirdə deyib.
O, televiziya və onlayn medianın reytinq xatirinə milli dəyərlərimizə hücum edən psixoloqları təbliğ etdiyini bildirib:
“Son vaxtlar mediada senzuranın tərəfdarıyam. Ona görə ki, gündə bir psixoloq çıxaraq, Azərbaycan dəyərlərinə hücum edir. Xüsusilə cəmiyyətdə yalançı psixoloqların sayı artıb. Yaxın günlərdə hamının tanıdığı bir psixoloq müəllimin, təhsilin bir dəyər olmadığını, dəyərin ancaq pul olduğunu dedi. Azərbaycanda bir sıra media orqanı isə reytinq xatirinə onu işıqlandırdı. Bu, birmənalı olaraq cəmiyyətin fundamentini dağıtmaqdır”.