Yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir

Hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.

APA-ya xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Xidmət rəisi Nazim Mahmudov qeyd edib ki,yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir: Yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir".