Ekoloq: Təbiətə zərər verməyən vasitələr hazırlayanlara təşəkkür eləmək lazımdır
11:35 28.11.2024
Cəmiyyət
545
Kanadanın Vaterloo Universitetinin tədqiqatçıları qida tullantılarını bioparçalanan plastikə çevirməyə imkan verən inqilabi texnologiya hazırlayıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə nüfuzlu "ACS ES&T Engineering" jurnalında dərc olunmuş materialda qeyd edilib.
Yeni texnologiya yumşaq və elastik plastik istehsalını mümkün edir. Bu isə qida örtüklərinin hazırlanması, dərman maddələrinin çatdırılması, zədələnmiş toxumaların və orqanların bərpası kimi bir çox sahədə istifadə üçün böyük perspektivlər açır.
Tədqiqatçılar PHA tipli plastik istehsalında "Pseudomonas putida" adlı torpaq bakteriyalarından istifadə ediblər. Onların sözlərinə görə, yeni material kompost çuxurlarında, torpaqda, şirin və ya duzlu suda təbii olaraq zərərsiz yan məhsullara parçalana bilir.
Hazırda elmi qrup bu bioplastiklərin iqtisadi cəhətdən daha sərfəli üsulla istehsalını araşdırır.
"Hazırda bakterial hüceyrələrin parçalanması və polimerin çıxarılması prosesi baha başa gəlir. Komanda bütün istehsal prosesini böyükmiqyaslı kommersiyalaşdırma üçün daha effektiv və qənaətcil ekstraksiya metodu üzərində işləyir" , - deyə tədqiqatın müəllifləri bildiriblər.
Həqiqətəndə bunun ekologiyamıza müsbət təsiri olacaqmı? Təbiətə zərər verməyən başqa hansı işlər görülür? Digər tərəfdəndə insanlar təbiəti necə qorumalıdırlar?
Suallarımızı cavablandıran ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, təbiətə zərər verməyən vasitələr hazırlayanlara təşəkkür eləmək lazımdır:
“Azərbaycanda bu texnologiyanın nə dərəcədə tətbiq olunacağı çox maraqlıdır. Burada əsas məsələ hansı plastikin hazırlanacağıdır. Çünki söhbət texnologiyanın geniş tətbiqindən gedir. Təbiətə müsbət təsir edən texnologiya olarsa, əlbəttə çox yaxşı olacaq. İnsanlar plastikləri təbiətə, dənizə, quruya atırlar. Bunlar tez çürüyüb və zərər vermirsə ekologiya üçün xoş haldır. Yeni hazırlanmış plastiklər dənizə atılmalı və balıqlara zərər verib verməyəcəyi sınaqdan keçməlidir. Bildiyiniz kimi, dünyada elektrik mühərrikli avtomobillərin istehsalı genişlənir. Bu texnologiya vasitəsilə atıq qazlar atmosferi çirkləndirmir. Amma bu yetərli deyil. Sözügedən avtomobillərin istehsalında yenə həmin karbon qazı, metan qazı, karbon dioksid atmosferə gedir. Ona görə də bunu azaldan texnologiya və filtrlərin üzərində işlər görülməlidir. Ümumiyyətlə insanlar maariflənməli, təhsilli olmalı və təbiətə duyarlı olmalıdırlar ki, təbiəti qorusunlar. Yəni mən təbiəti mənzilim kimi qorusam, təbiət çirkləməz. Lakin biz bunu etmirik. Bunun həlli yolu isə ancaq milli ibtidai təhsil haqqında qanundur. Yəni Milli mütəxəssislərin hazırlığı ilə üç yaşdan beşinci sinfi bitirənə qədər uşaqlar bu yöndə çevrə, millət, və dövlətlə bağlı gerçəkləri mənimsəməlidirlər ki, ölkəmiz, dövlətimiz 1000 illərlə yaşaya bilsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial