Natiq Qasımovun anası yataqdadır: “Sağalaramsa, Mingəçevirə gedib onun adını daşıyan məktəbi ziyarət edəcəyəm”
14:00 29.11.2024
Sosial
677
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib. Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Birinci Qarabağ müharibəsində misilsiz qəhrəmanlığı ilə yadda qalan Natiq Qasımov 1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda 7 əsgər yoldaşı ilə birlikdə döyüşüb. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni təkbaşına, ac-susuz vəziyyətdə 5 gün davam etdirib, düşmənin yüksəkliyə yiyələnməsinə imkan verməyib. Lakin erməni cəlladlarının Xocalıdan əsir aldıqları həmvətənlərimizi xilas etmək üçün təslim olmağı qəbul edib. Natiq Qasımovun hansı şəraitdə, harada öldürüldüyü, yaxud əsir, girov kimi saxlandığı hələ də bəlli deyil. Ermənistan tərəfi, şərəfsiz “komandir” və “generallar”ı onun haqqında susmaqda davam edirlər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Natiq Qasımov (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Mingəçevirdə təhsil aldığı orta məktəbə Natiqin adının verilməsi Azərbaycan dövlətinin şəhidlərə, milli qəhrəmanlara yüksək dəyər verdiyinin təzahürüdür. Bu münasibətlə Natiq Qasımovun anasıyla əlaqə saxladıq. Dursun ana oğlunun təhsil aldığı məktəbə adının verilməsi xəbərindən çox təsirləndiyini dedi:
- Bilmirəm, yerdəyəm, ya göydə. Natiq haqqında çox xəbərlər eşidirəm, hamı onun qəhrəmanlığından, qeyrətindən danışır. Həm sevinirəm, ürəyim dağa dönür, həm də ürəyim çırpınır. Bilmirəm, ağlayım, bağırım, nə edim ki, ürəyim sakitləşsin. Hamıya minnətdaram, Natiqə yüksək qiymət verən dövlətimizə, Prezidentimizə, Mehriban xanıma, Natiqi unutmayan, adını uca saxlayan elimizə-obamıza, Allah hamısını var eləsin.
Dursun ana, Mingəçevirə gedib Natiqin vaxtilə təhsil aldığı məktəbi ziyarət etmək istədiyini, lakin səhhətinin indi buna imkan vermədiyini də dedi:
- Əlbəttə, istəyərəm gedim, balamın oxuduğu məktəbi ziyarət edim… Amma may ayından bu yana ağrıyıram. Yataqdayam. Çox müalicə aldım, xeyri olmadı. Axırda bir həkim mənə baxdı, sağ olsun, müalicə yazdı, onun müalicəsi mənə kömək elədi. İndi bir az yaxşılaşmışam. Amma özümə gümanım yoxdu, gedə bilərəmmi ora, maşına minib-düşə bilərəmmi? Natiqin bacıları da deyir, ana, gedək, Mingəçevirə, oraları ziyarət edək. Mən Natiqdən sonra Mingəçevirdən başımı alıb qaçdım. Natiqin gəzdiyi yerlərdə qala bilmədim, o küçələri, o evi hər gün görmək mənə çətin idi. Ona görə Gəncəyə köçdük. İnanırsız, bizə dövlətimizin bağışladığı mənzili də hələ gedib görə bilməmişəm. Ayağa qalxsam, gedəcəm. Bu illər ərzində Natiqin yolunu gözlədim, ona fəxri ad verilməsini gözlədim. Elə bil Allah məni buna görə sağ saxlayırdı ki, oğluma Milli Qəhrəman adının verildiyini görüm. Bunu gördüm, Natiqimin ruhunun şad olduğuna inandım. Mənə başqa heç nə lazım deyil. Amma sağalaramsa, Mingəçevirə gedib məktəbi ziyarət edəcəyəm.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya