“Bu ölkəni əzabdan xilas edəcəm” deyərək yola çıxdı, dostları belə “mümkünsüz” dedi, amma bacardı. Ad gününə özəl mahnılar yazıb oxuyan Dilek Kavraal, “Hamı məni ad günü mahnılarımla tanıyır. Ölkəmizin yerli və milli ad günü mahnılarını yazan şəxs mənəm"-deyə bildirir.
Sherg.az xəbər verir ki, bəstəkar və müğənni Dilek Kavraal 2012-ci ildən bəri ad günü ilə bağlı mahnılarını ifa edir.
Musiqi aləminə fərqli nəfəs gətirən Kavraal mahnıları ilə təkcə Türkiyədə deyil, dünyada da məşhurlaşıb. Karyerasının zirvəsində yaxalandığı xərçəng xəstəliyinə görə 3 il müalicə alan Kavraal həyat enerjisi, mənəviyyatı və motivasiyası ilə xəstəliyə qalib gəlib.
Musiqi macərasını izah edən Dilek Kavraal deyir: "30 ilə yaxındır musiqi ilə məşğul olduğumu söyləmək daha düzgün olardı. Amma hamı məni ad günü mahnıları ilə tanıyır. Ölkəmizin yerli və milli ad günü mahnısını yazan şəxs mənəm. Amma fiziki olaraq tanış olma şansımız olmadı, çünki mənim ad günü mahnılarım həqiqətən də çox orijinal, pozitiv və şən mahnılardır. Getdiyim hər yerdə öz səsimlə rastlaşıram".
Ad günü ilə bağlı mahnıların doğulmasından danışan Kavraal, "Hər kəs ad gününü "Happy Birthday" adlı klassik mahnı ilə qeyd edirdi. Səhnədə proqram hazırlayarkən, kiminsə ad günü olanda bu mahnını oxuyurdum. Bu mahnını o qədər bəyənmirdim ki, bir gün "Mən bu ölkəni bu işgəncədən xilas edəcəm" dedim. Məncə daha gözəl bir doğum günü mahnısı yazdım. Həyatımıza texnologiyanın nemətləri girdikcə ismləri çoxaltdım. Hər kəsin adına özəl oxumaq istədim. Çox uzun iş prosesi idi, hətta dostlarım deyirdilər ki, minlərlə mahnı oxumaq çətindir. Ancaq bacardım. İndi onun ingiliscə versiyasını hazırlamışıq və dünyanın hər yerindən 15 min addan ibarət ad günü mahnısı buraxırıq" -deyə bildirib.
Ad günü mahnıları ilə yanaşı xına gecəsi xalq mahnıları və laylaları ilə də diqqət çəkən Kavraal, "Ad günü mahnıları məni bir az daha motivasiya etdi. Təbii ki, ad günləri xaricində həyatımızın ən özəl günləri xına gecələri və toylardır. İnsanların xoşbəxt anlarında özlərini xüsusi hiss etdirmələri üçün xına mahnıları da hazırlayıram. Xına mahnılarımız gənc qızlar arasında populyarlaşıb. Ən yaxşısı isə həm ənənəvi, həm də emosional olmasıdır. Xına mahnısında gəlinə öz adı ilə müraciət edilməsi ayrı bir duyğu verir. Bir də körpələrimiz üçün laylarımız var. Onlar mənim ən sevimlilərimdir"-deyə vurğulayır.
Karyerasının zirvəsində xərçəng xəstəliyinə tutulan Dilek Kavraal müalicə prosesini belə izah edib: "5 il əvvəl qəfildən xəstələndim. O zaman mənə xərçəng diaqnozu qoyuldu. Bu 5 il həqiqətən çox yorucu bir proses idi. Amma bilirdim bir gün bitəcək. Buna heç bir şübhəm yox idi.
Mən deyirdim ki, bunlar müalicə prosesləridir, öhdəsindən gələcəm, uğur qazanacam. Həmişə bu istiqamətdə özümü ruhlandırmışam. Mən bilirdim ki, ümid həmişə içimdəki savaşlarda qalib gələcək. Çünki ümid dünyanın ən gözəl hissidir. Mən də özümə çox inanırdım. Möcüzələr həyatın içindədir. Musiqi karyeramı davam etdirəcəyəm, amma insanları heç olmasa bir şeylə ruhlandırmalıydım.
Həyatda qalmağı bacardımsa, bu gün evlərində və xəstəxana otaqlarında çətin günlər keçirənlər də dözə bilər. Nəfəs aldığın müddətdə heç nə mümkünsüz deyil. Bunun canlı sübutu olaraq buradayam. Bundan sonra da şən mahnılar səsləndirməklə karyeramı davam etdirəcəyəm".