Libasın görünüşdən razı qaldıqda onlayn sfariş etmək mümkündür
Paytaxtda yeni xidmət növü fəaliyyət göstərir. Müştərilər maraqlandıqları, bəyəndikləri geyimi süni intellekt vasitəsilə “geyinib” öz üzərlərinə tətbiq edə bilər.
Libasın yaraşdığını, görünüşdən razı qaldıqları təqdirdə onlayn sfariş etmək mümkündür. Bu barədə informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov sosial şəbəkədə paylaşım edib. Paylaşımda fotosunu, xidmət növü haqqında məlumat yerləşdirən mütəxəsssis “Bu gördüyünüz geyim mənim deyil. Suni intellekt vasitəsi ilə öz şəkilinizi referans edərək istədiyiniz geyimi öz üzərinizdə yoxlaya bilərsiniz. Bununla online alış-veriş mağazalarındakı qeyimləri süni təsvir vasitəsiylə öz üzərinizdə yoxlayıb sifariş edə bilərsiniz. Bununla da brend mağazaların kabinlərində paltar yoxlayıb etiket şəkli çəkməyə son qoyulmuş olur. Alana da, satana da, klingai.com-a da xeyirli olsun”, qeyd edib.
Onlayn alış-verişdəki yenilik barədə danışan E.Abbasov “belə layihəyə çoxdan ehtiyac vardı, yazıq brend mağazaların malları satılmadan köhnəlirdi. Geyinib etiketi cəkib online sifariş edir insanlar. İndi isə evdən çıxmadan brend malları öz üzərlərində yoxlaya biləcəklər. Bəyənən sifariş edəcək”, söyləyib. E.Abbasov "Sherg.az"a açıqlamasında bildirdi ki, Kling.Aİ məşhur süni intellektdir. İndi ondan bütün dünyada ödənişsiz istifadə edilir. Bu süni intellekt ona müraciət edənləri brend mallarla “geyindirir”, yaraşıb-yaraşmadığını isə müştəri özü təyin etsin. Sadəcə, müştəridən tələb olunan, fotonun düzgün çəkilib göndərilməsidir. Əks halda, nəticə əldə edilməyəcək. Süni intellektin xidmətindən istifadə etmək istəyənlər ekrandakı nümunəyə uyğun hərəkət etməlidir.