Bir siqaret həyatınızdan neçə dəqiqə oğurlayır? - MARAQLI ARAŞDIRMA
Yusif Nəzərli
15:11 30.12.2024
Sağlamlıq
642
Siqaretin ağciyər xərçəngi, ürək xəstəlikləri və tənəffüs problemləri kimi ciddi sağlamlıq problemlərinə səbəb olduğu çoxdan məlumdur. Londonda aparılan son araşdırmada hər siqaretin insan həyatından neçə dəqiqə oğurladığı müəyyən edilib.
Sherg.azxəbər verir ki, Britaniyalı alimlərin apardığı araşdırmada diqqətçəkən məqamlar aşkarlanıb.
Mütəxəssislər hesab edir ki, hər siqaret çəkəndə kişilər həyatının orta hesabla 17 dəqiqəsini, qadınlar isə 22 dəqiqəsini itirir. Əvvəlki araşdırmalar göstərirdi ki, hər siqaret həyatdan 11 dəqiqə oğurlayır, lakin Britaniya alimlərinin son araşdırması sübut edib ki, bu vaxt artıb.
London Universitetinin rəhbərliyi ilə aparılan araşdırmada siqaretin zərərlərinin məcmu xarakter daşıdığı və insanın nə qədər tez buraxsa, bir o qədər çox yaşayacağı vurğulanıb.
Böyük Britaniyanın Səhiyyə və Sosial Baxım Departamentinin apardığı təhlillər göstərib ki, gündə on siqaret çəkən adam yanvarın 1-də bunu buraxsa, yanvarın 8-dək həyatının bir gününü xilas edəcək.
Araşdırmalar göstərib ki, siqaret çəkməyə davam edən insan fevral ayında bir həftə, avqusta qədər isə təxminən bir ay daha çox yaşaya bilər.
Tədqiqatlar sübut edir ki, siqaret çox vaxt sağlam orta illəri bitirir, buna görə də siqaret çəkənlərin həyatının son illəri xroniki xəstəliklər və əlilliklə dolu olur. Mütəxəssislər 60 yaşlı siqaret çəkənin sağlamlıq vəziyyətinin 70 yaşlı siqaret çəkməyən adama bənzədiyini vurğulayırlar.
Araşdırma Qrupundan Dr. Sarah Jackson, "Siqareti nə qədər tez buraxsanız, sağlamlığınız bir o qədər tez yaxşılaşacaq" deyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual