AYNA: Saray körpüsü üzərindən avtobusların hərəkəti bərpa olunub

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə aparılan təmir-tikinti işləri başa çatıb və nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Bu barədə  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.


Məlumata görə, söküntü və təmir işləri ilə əlaqədar hərəkət sxemi müvəqqəti dəyişdirilən 16/19, 17, 18, 27, 505, 521, 522 və 523 nömrəli marşrutların fəaliyyəti əvvəlki sxem üzrə bərpa edilib.