Aşiq olanda beynimizdə nələr baş verir? - Şeirlər və mahnılar yalandır
Yusif Nəzərli
09:11 10.05.2025
Cəmiyyət
567
Mütəxəssislər bildirirlər ki, dünyanın ən güclü hisslərindən biri olan eşq, sadəcə bir duyğu deyil, eyni zamanda kimyəvi bir reaksiyadır.
Sherg.az xəbər verir ki, Doçent Dr. Heidi Moawadın sözlərinə görə, aşiq olmaq beyni sanki tətil rejiminə salır. Məntiq və sağlam düşüncə, romantik xəyallarla əvəz olunur. Bu hisslərin hamısı eşqin neyrobioloji yönləri ilə bağlıdır. Çünki eşqin formalaşmasında beynin ifraz etdiyi kimyəvi maddələrin rolu düşündüyümüzdən daha çoxdur.
Eşq əvvəlcə beyində başlayır
Şeirlər və mahnılar əksini iddia etsə də, alimlər eşqin əvvəlcə beyində başladığını deyirlər. Görüntüləmə texnologiyalarının inkişafı sayəsində, eşqin beyində necə baş verdiyi artıq daha dəqiq şəkildə öyrənilib.
Eşq tək bir duyğu deyil – o, fiziki cazibə, romantizm və şəfqət kimi fərqli elementlərin birləşməsidir. Bəs eşq əslində nədir? Bu sualın cavabını filosoflar, şairlər və bəstəkarlar əsrlərdir axtarır.
Populyar nəzəriyyələrdən biri eşqin üç əsas komponentdən ibarət olduğunu bildirir:
Şəhvət, cazibə və bağlanma. Bu üç komponentin hər biri beyində fərqli sistemlər tərəfindən idarə olunur.
Şəhvət mərkəzi: Hipotalamus
Şəhvət hissi beynin hipotalamus adlı nahiyəsindən qaynaqlanır. Beyin sapının üstündə yerləşən bu badam böyüklüyündə quruluş aclıq, susuzluq və digər əsas ehtiyacları tənzimləməklə yanaşı, cinsi istəklərin idarəsində də rol oynayır. Hipotalamus, cinsi istəyi artıran hormonların ifrazını tetiklər.
Romantik cazibə və dopamin sistemi
Romantik cazibə zamanı ventral tegmental nahiyə (VTA) və nucleus accumbens adlı iki beyin bölgəsi mühüm rol oynayır. Bu sahələr beynin mükafatlandırma sisteminin mərkəzində yer alır. Dopamin adlı kimyəvi maddə bu mərhələdə devrə girir və insana zövq, xoşbəxtlik və coşqu hissləri verir.
Bağlanma və şəfqət hormonları
Eşq yalnız istək və romantikadan ibarət deyil. Sadiqlik, şəfqət və emosional bağlılıq da bu hissə daxildir. Bu duyğular da yenə hipotalamusun ifraz etdiyi oksitosin və vazopressin hormonları vasitəsilə yaranır.
Eşqin ilk dövrləri və kimyəvi fırtına
Eşqin ilk mərhələləri tez-tez emosional fırtına kimi keçir. Hər şeyi müsbət görmək və xəbərdarlıq əlamətlərini görməmək normaldır. Bunun səbəbi beyindəki kimyəvi dəyişikliklərdir. Aşiq olanda vücud oksitosin, vazopressin və dopamin kimi hormonlar ifraz edir – bu kimyəvi maddələr eşqin müxtəlif mərhələlərinə uyğun gəlir.
Şəhvəti artıran hormonlar
Əlaqə başlayanda tez-tez bu sual verilir: “Bu eşqdir, yoxsa sadəcə arzu?” Şəhvət bəzən eşqlə qarışdırılsa da, fərqləndirilə bilər və əsasən ehtiras istəyi ilə bağlıdır. Təkamül baxımından bu, çoxalma instinktimizlə əlaqəlidir. Hipotalamus bu prosesi testosteron və östrojen kimi hormonların ifrazını təmin etməklə idarə edir.
Beynimiz eşqə necə reaksiya verir?
Biriylə emosional bağ qurduqda, beynimiz gecə işıqlarla parıldayan bir şəhər mənzərəsi kimi işıqlanmağa başlayır. Ventral tegmental nahiyə dopamin ifraz edərək beynin mükafat sistemini aktivləşdirir. Bu sistem zövq hissini emal edərkən, eyni zamanda ehtiras, bağlanma və empati kimi daha kompleks duyğularla əlaqə qurur. Bu səbəbdən sevdiyimiz şəxsi düşünmədən dayana bilmirik və sanki ona qarşı asılı hala gəlirik.
“Aşiq olan insan bir az axmaqlayar” sözü doğru imiş
Aşiq olarkən beynin məntiq və öz fərqindəlik ilə bağlı hissələrində fəaliyyət azalır. Yəni, eşq həqiqətən də insanı düşünə bilməz hala gətirə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya