Köçkün gənc ABŞ universitetinin siması seçildi
Yusif Nəzərli
12:04 18.05.2025
Cəmiyyət
385
Kəlbəcərdən olan məcburi köçkün Ayan Hüseynli ABŞ-nin nüfuzlu “The New School” Universitetində Beynəlxalq Əlaqələr üzrə magistr təhsilini uğurla başa vuraraq universitetin 2025-ci il üzrə rəsmi siması seçilib. Bu nailiyyət onu yalnız təhsil uğurlarına görə deyil, həm də güclü həyat hekayəsinə görə fərqləndirib.
Trend xəbər verir ki, Ayan Hüseynli Kəlbəcər rayonundan məcburi köçkün düşmüş ailənin övladıdır. O, gənc yaşlarından beynəlxalq əlaqələr və humanitar dəyərlərə maraq göstərib. Orta təhsilini Heydər Əliyev adına liseydə başa vuran Ayan, 2019-cu ildə ADA Universitetinə qəbul olunaraq Beynəlxalq Münasibətlər üzrə bakalavr təhsilinə başlayıb və 2023-cü ildə məzun olub.
2024-cü ildə ABŞ-nin Nyu York şəhərində yerləşən “The New School” universitetində magistr təhsilinə başlayan Ayan Hüseynli, burada da akademik uğurlarını davam etdirib və proqramı cəmi bir il ərzində yüksək göstəricilərlə başa vurub. Universitet rəhbərliyi onun həm təhsil göstəricilərini, həm də ictimai fəallığını nəzərə alaraq onu 2025-ci ilin siması elan edib.
Ayanın Qarabağ bölgəsindən olması və bu mötəbər statusa layiq görülməsi ermənilərin etirazına səbəb olsa da, onlar istəklərinə nail ola bilməyib. O bildirib ki, köçkünlük onun üçün yalnız bir ailə tarixçəsi deyil, eyni zamanda bir missiyadır – susdurulmuş səslərin dünyaya çatdırılması missiyası:
“Biz köçkünlüyün qeyri-müəyyənliyini, yurd həsrətini yaşamışıq. Amma öyrəndiyim ən böyük həqiqət budur ki, ev sadəcə bir məkan deyil. Ev – səninlə birgə dayanan insanlar, əlindən buraxmaq istəmədiyin xəyallar və səni irəli səsləyən məqsəddir”, – deyə Ayan Hüseynli qeyd edib.
Beynəlxalq münasibətlər sahəsini seçməsinin səbəblərindən danışan Ayan bildirib: “Məqsədim münaqişə, ədalətsizlik və köçkünlük səbəbilə susdurulmuş insanların səsi olmaq idi. Bu yol məni BMT ilə əməkdaşlığa və beynəlxalq platformalarda fəaliyyətə gətirib çıxardı.”
Ayan Hüseynli əldə etdiyi bilik və təcrübəni doğma ölkəsinin inkişafı naminə istifadə etməyi planlaşdırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət
Rihanna dayanmaq bilmir!
07:44 03.08.2026
Şou
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
07:07 03.08.2026
Sağlamlıq
Messi dünya çempionatından sonra meydana qayıtdı
06:36 03.08.2026
Futbol
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
05:15 03.08.2026
Aktual
Ariana anoreksiyadan əziyyət çəkir? – Foto
04:34 03.08.2026
Şou