
İxracın artımı uzunmüddətli inkişafın təminatçısı kimi çıxış edir -RƏY
12:35 10.07.2025
İqtisadiyyat
405
Xalid Kərimli: Yerli məhsulların xarici bazarlara yönəldilməsi, daxili təklifin azalmasına və qiymətlərin yüksəlməsinə səbəb ola bilər
2025-ci ilin iyun ayı ərzində yeyinti məhsullarının ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34.6% artaraq 147.1 milyon ABŞ dollarına bərabər olub.
Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyul sayına əsasən xəbər verir ki, bu dövrdə qeyri-yeyinti məhsullarının ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11.41% azalaraq 199.7 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
İqtisadçı Xalid Kərimli Sherg.az-a bildirdi ki, ixracın artması yerli bazarda qiymətlərə birbaşa təsir göstərə bilər:

“Belə ki, istehsal olunan yerli məhsulların müəyyən hissəsinin xarici bazarlara yönəldilməsi, daxili təklifin azalmasına və nəticə etibarilə qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə kənd təsərrüfatı məhsulları kontekstində bu proses daha həssas xarakter daşıyır. Çünki bu məhsulların mövsümi təbiəti və tez xarabolma xüsusiyyəti onları bazar balansı baxımından daha dəyişkən edir. Əgər sözügedən məhsulların əhəmiyyətli hissəsi ixrac olunmasaydı və daxili bazarda satışa çıxarılsaydı, bu, təklifin artması fonunda qiymətlərin stabilləşməsinə və ya enməsinə gətirib çıxara bilərdi. Bununla belə, ixracın artımı ölkə iqtisadiyyatı üçün müsbət göstəricidir, çünki sahibkarın daha yüksək qiymətə məhsul satması onun gəlirliyini artırır, istehsalı genişləndirməyə stimul verir və iqtisadi aktivliyi gücləndirir. Əlavə olaraq qeyd etmək lazımdır ki, ixracdan əldə edilən valyuta gəlirləri ölkənin tədiyə balansını yaxşılaşdırır və makroiqtisadi sabitliyə töhfə verir. Sahibkarın gəlirli fəaliyyət göstərməsi onun vergiödəmə qabiliyyətini artırır, bu isə dövlət büdcəsinə əlavə vəsait axını ilə nəticələnir. Eyni zamanda, gəlir imkanları genişlənən sahibkar işçi heyətinə daha yüksək əməkhaqqı verə, onların sosial rifahını yaxşılaşdıra və nəticə etibarilə sosial sabitliyə müsbət təsir göstərə bilər. Belə bir mühitdə digər investorlar da sahəyə maraq göstərir, bu isə rəqabət mühitini və texnoloji yenilikləri təşviq edir. Ümumilikdə isə, ixrac potensialının reallaşdırılması strateji iqtisadi məqsədlərə nail olmaq baxımından əhəmiyyətlidir və bu, uzunmüddətli inkişafın təminatçısı kimi çıxış edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual