
Paytaxtda rahat hərəkət dövrü başlayır -RƏY
Yusif Nəzərli
11:39 24.08.2025
Cəmiyyət
498
Bakının mərkəzi küçələri tam piyadaların ixtiyarına verilir
Ekspert açıqladı: “Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər”
Paytaxtın mərkəzində daha bir küçənin piyadalaşdırılmasına başlanılır. Bu barədə AYNA - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatında bildirilib. Bildirilib ki, Bakı şəhərində iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkının optimal şəkildə birləşdirilməsi imkanları təhlil olunub və layihə hazırlanıb. Yaxın günlərdə şəhər sakinləri və qonaqların ən çox üz tutduğu məkanlardan biri olan İslam Səfərli küçəsi ilə bağlı mütəxəssislər tərəfindən dünya təcrübəsinə əsaslanan layihənin icrasına başlanılacaq. XIX-XX əsrlərə aid tarixi tikililərin əhatəsində olan İslam Səfərli küçəsi hazırda avtomobil xaosunun mərkəzindədir. Bu küçənin heç bir tranzit əhəmiyyəti yoxdur. Sakinlər və şəhərimizə gələn turistlər avtomobil sıxlığı səbəbindən bu küçədə yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. İslam Səfərli küçəsində səkilərin dar, piyada axınının isə çox olması səbəbindən bu ərazi faktiki olaraq avtomobilsiz hərəkət iştirakçıları tərəfindən geniş istifadə olunur. Bütün bunları nəzərə alaraq, piyadalar arasında populyar ərazilər olan Qış Parkı və Fəvvarələr meydanını əlaqələndirmək məqsədilə İslam Səfərli küçəsinin tamamilə piyadalaşdırılması nəzərdə tutulur. Layihə, həmçinin ərazidə mövcud olan ticarət fəaliyyətinin inkişafına şərait yaradacaq, sakinlərin və turistlərin tarixi abidələrə marağını, gəzinti zamanı insanların təhlükəsizliyini artıracaq. İslam Səfərli küçəsinin digər küçələrlə kəsişdiyi yerlərdə avtomobillər üçün xüsusi təhlükəsiz keçidlər yaradılacaq. Bəzi parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda, operativ və kommunal xidmət avtomobillərinin küçəyə daxil olması üçün şərait yaradılacaq.
İcrasına hazırlıq görülən layihənin müsbət tərəflərinə toxunan nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev qeyd etdi ki, Bakı sakinlərinin və şəhərimizə gələn qonaqların hərəkət axını dayanmadan artır:

- Şəhərlərin insanyönümlü olması, vətəndaşların rahatlığı üçün təhlükəsiz infrastrukturun qurulması günümüzün tələbidir. Yaxın keçmişi yada salsaq, “28 May” metrostansiyasının, “Qoşa qala qapıları”nın qarşısı, Xaqani bağının ətrafı necə də narahat idi piyadalar üçün. Avtomobil sıxlığından əziyyət çəkilirdi. İndi bu məkanlar vətəndaşların daha rahat hərəkət etdikləri ərazilərə çevrilib. İslam Səfərli küçəsinin piyadalaşdırılması layihəsi də şəhərimiz üçün müsbət yeniliklərdən biri olacaq. Düşünürəm ki, aidiyyəti qurumlar bu işləri davam etdirməlidir. İnsanların piyada gəzintisinə maneə yaradan amillər aradan qaldırılmalıdır. İri piyada zonaları olan Fəvvarələr meydanı və Qış Parkını birləşdirmək də olar. Bu, çox gözəl olardı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm
Ölkədə 163 uşaq ölü doğulub - RƏSMİ
18:01 09.10.2026
Cəmiyyət
Xəzəri xilas etməyin yolu var - Hidroloq 3 əsas səbəbi açıqladı
17:53 09.10.2026
Ekologiya
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
17:40 09.10.2026
Gündəm
Akif Aşırlı: "Biz şəriət dövləti istəmirik”
17:36 09.10.2026
Gündəm
Azərbaycan Mərkəzi Asiya ilə yeni güc xətti qurur - ŞƏRH
17:18 09.10.2026
Gündəm