
Taksi bahalaşdı, əksəriyyət avtobuslara yönəldi -RƏY
Yusif Nəzərli
07:12 14.09.2025
Cəmiyyət
650
Ekspert vurğulayıb ki, avtobus zolaqlarının qorunması da sərnişin artımında mühüm amildir
Bu ilin yanvar - avqust aylarında avtobuslardan istifadə edən sərnişinlərin sayında artım müşahidə olunub. 1 milyard 154 milyon 140,3 min sərnişinin avtobusları seçməsi ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artımı göstərir. Bu da sərnişinlərin nəqliyyat seçimində müəyyən dəyişikliklər olduğunu ortaya qoyur. Statistikaya baxdıqda, taksidən istifadə cüzi artım göstərsə də (0,4 faiz), avtobuslara marağın sürətlə artması ictimai nəqliyyatın daha əlverişli və sərfəli seçim olaraq ön plana çıxdığını nümayiş etdirir. Eyni zamanda, avtomobil nəqliyyatında 6 faiz artım müşahidə olunsa da, sərnişinlərin böyük hissəsinin avtobuslardan istifadə etməsi, şəhər nəqliyyatının gələcəkdə daha balanslı və səmərəli planlaşdırılması baxımından vacib göstəricidir.
Nəqliyyat eksperti İlqar Hüseynli Sherg.az-a açıqlamasında bildirib ki, ötən ildən etibarən taksi qiymətlərinin artması sərnişin axınını marşrut avtobuslarına yönəldib:

“Qiymət faktorunun yanında, taksi xidmətlərinin azalması da avtobuslardan istifadəni təşviq edən vacib amildir. Sərnişinlər üçün taksi və avtobus arasında seçimin maliyyə tərəfi daha önəmli rol oynamağa başlayıb. Eyni zamanda, şəhər nəqliyyatının sıxlığı və tıxaclar sərnişinləri ictimai nəqliyyata yönəldir; insanlar fərdi avtomobil və taksi ilə vaxt itkisini nəzərə alaraq, daha səmərəli və sərfəli variant olan avtobuslardan istifadə etməyə üstünlük verirlər”.
Ekspert vurğulayıb ki, avtobus zolaqlarının qorunması da sərnişin artımında mühüm amildir:
“Avtomobil sürücülərinin avtobus zolaqlarına hörmət etməsi və onları boş saxlaması hər gün marşrut avtobuslarından istifadə edənlərin rahatlığını artırır, sərnişinləri alternativ nəqliyyat vasitələrinə yönəlməkdən çəkindirir. Bu, şəhər nəqliyyatında balansın dəyişməsinə və avtobusların sərnişindaşımadakı payının artmasına səbəb olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm