53 gündür komada olan qazimizə kömək lazımdır: xaricə göndərilməlidir !
Banuçiçək Kalbalıyeva
12:55 01.12.2020
Cəmiyyət
1535
Geridə qalan İkinci Vətən Müharibəsi Aəzrbaycanın zəfər tarixi oldu. Çünki sentyabrın 27-də Qarabağa başlatdığımız səfəri zəfərlə yekunlaşdırdıq. Amma, əlbəttə, tarixdən məlum olduğu kimi, heç bir döyüş qansız, heç bir qələbə itkisiz olmur. 44 günlük hərbi əməliyyatlarda şəhidlərimiz və yaralılarımız oldu. Belələrindən biri də Əbilov Nurlan Fərrux oğludur.
O, Vətən müharibəsi başlamazdan əvvəl ordu sıralarına könüllü olaraq cəlb edilib. Oktyabrın səkkizində Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə baş nahiyyəsindən- beynin sol yarımkürəsindən yaralanıb.
Hazırda M.Topçubaşov adına elmi cərrahiyə mərkəzində müalicə alır və bunadək artıq iki xəstəxana (Modul tipli yeni klinika və Bakı sağlamlıq mərkəzi) dəyişdirilib. 53 gündür ki, koma vəziyyətindədir. Səhhətində hələ ki, heç bir irəliləyiş qeydə alınmayıb. 2 oğul atası olan döyüşçünün 26 yaşı var.
Nurlan bəyin ölkəmizin ərazi bütövlüyü, xalqımızın firavan həyatı uğrunda canından keçməyə hazır olduğunu rəşadətlə göstərdi. Ona biganə qalmamaq və bu çətin günündə maddi-mənəvi dəstək göstərmək hamımızın borcudur.
Dövlətin və ictimaiyyətin qayğısı ilə əhatə olunan qəhrəman döyüşçümüzün sağlamlığı naminə müalicə məqsədilə xaricə göndərilməsi kimi daha təsirli addımların atılmasını xahiş edirik.
Yardım göstərmək istəyənlər bu nömrə - (050) 677 - 44-20 ilə əlaqə saxlaya bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual