
8 Mart dərdi! – Direktora “haqq” verməyən müəllimi nələr gözləyir? - Sensasion açıqlama
Yusif Nəzərli
12:55 08.02.2023
Cəmiyyət
479
“Martın gəlməsinə hələ bir ay var. Lakin indidən 8 Mart təşvişləri başlayıb. Məktəblərdə valideyn komitələri müəyyən məbləğlər açıqlayıb”.
Bunu “Sherg.az ” a təhsil üzrə ekspert Elşən Ramizoğlu deyib. Onun sözlərinə görə, hər zaman olduğu kimi yenə 8 Martın gəlişi ilə əlaqəli məktəblərdə xaos yaşanacaq:

“Ümumiyyətlə, hər il olduğu kimi bu il də belə məsələlər ətrafında müzakirələr aparılacaq. Burda iki məqam var. Rüşvətə bəzi valideynin özü təşəbbüs gostərir. Bəziləri də buna narazılıq ifadə edir. Çünki hər kəsin imkanı eyni olmur. Hansısa valideynin imkanı çatmır, haqlı da narazılıq edir.
Digər bir problem isə ondan irəli gəlir ki, bəzi məktəb direktorları və ya müavinləri özləri bu məsələdə maraqlıdır. Direktor, direktor müavini tanıyıram ki, bayram günü hədiyyə və ya pul verməyən müəllimi zamanı gələndə onun "əvəzini" çıxıb, incidir. Hər birimiz fərd olaraq bu məsələyə qarşı mübarizə aparmalıyıq. Burada həm müəssisədə işləyənlər, həm də valideynlər rüşvətə qarşı mübarizə aparmalıdırlar. Fikrimcə, hansısa qurum yaranan vəziyyətin qarşısısını ala bilməz. Hər kəs nəzərə almalıdır ki, biz kimisə hansısa "hədiyyə" qarşılığında təbrik etməyə məcbur deyilik”.
Ekspert sonda onu da qeyd edib ki, təhsil müəssisələrində bu kimi hallara yol verilməməlidir:“Direktorlar belə məqamların qarşısını almalıdır”.
Şərqiyyə Nəbi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya