
AİB sədri: Bu nüans dönərlərin qiymətinin bahalaşmasına səbəb olacaq
13:36 06.11.2024
Cəmiyyət
811
Dönərlərlə bağlı yeni qaydalar təsdiqlənib.
Belə ki, çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən alınmalıdır.
Bəs görəsən, yeni qaydalardan sonra dönərlərin qiymətində hansısa dəyişiklik olacaq?
Dönərçilərin sözlərinə görə, qiymət artımı hələ ki yoxdur.
"Yeni qaydalarla tanış olmuşuq, əslində, yaxşı oldu. Bizdə hər şey qanun çərçivəsindədir. Başqa ərazilərdə qiymətlər qalxsa, bizdə də qiymət artımı olacaq", - deyə dönərçilərdən biri bildirib.
Qida Təhlükəsizliyi Agentliyindən qeyd edilib ki, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölmələrində həyata keçirilməlidir:
"Çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalı və baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir. Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında 3 saatdan artıq fasilə yarandıqda ətlə təmasda olan bütün avadanlıq ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir".
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov ‘’Sherg.az’’a deyib ki, Qida Təhlükəsizlik Agentliyinin qəbul etdiyi qaydalar zəruridir, lakin kafi deyil:

"Doğrudur, bu cür qaydaların qəbul olması çoxdan gözlənilirdi. Lakin dönər satışı ilə məşğul olanlar ən pis halda bir dəfə AQTA-nın reyestrinə daxil olan kəsim yerlərindən ət alacaqlar. Nəticədə kağızı göstərərək qanuni yerdən aldıqlarını sübut edəcəklər. Ancaq orda bişən dönərin həmin yerdən alındığını təsdiqləyən mənbə olmayacaq. Çox güman, onlar yenə də özlərinə sərf edən, ucuz, təhlükəli ətlərdən istifadə edəcəklər. Ona görə də qayda tam deyil. Yəni, elə bir mexanizm olmalıdır ki, onlar başqa ətlərdən istifadə etməsinlər. Yalnız nöqsanlar yoxlamalar zamanı üzə çıxa bilər. Əlavə olaraq dönərlərdən zəhərlənmələr təkcə ətdən baş vermir. Ümumiyyətlə, ətdən zəhərlənmə nadir hallarda olur. Beləki ətin rəngi dəyişdikdə, pis qoxu verdikdə insan sağlamlığı üçün təhlükə yarada bilər. Burada əsas təhlükə mənbələri mayonezlər, əlavə olunan inqridentlər və günlərlə saxlanılan dönərlərdir. Bu səbəbdən problem kökündən həll olunmalıdır. Təklif edirəm ki, dönərxanalarda mayonezlər ləğv olunsun. Təbii ki, digər gigiyenik nöqsanlar da var. Elə bir tədbirlər planı hazırlanmalıdır ki, istehlakçı dönər alarkən onun təhlükəsiz ətdən və qanuni yerdə hazırlandığına əmin olsun. Məsələn, buna görə xüsusi şişlər təşkil edilə bilər. Ölkədə cəmi iki müəsisə dönərləri şişə taxaraq mənfi 40 dərəcə şok dondurmadan keçirir. Daha sonra qablaşdıraraq xüsusi avtomobillər vasitəsi ilə dönərxanalara çatdırır. Təəssüflər olsun ki, dönərxanaların heç bir faizi belə, həmin yerdən almırlar. Təbii ki, AQTA-nın qaldırdığı məsələ aktualdır. İstehlakçılar da buna dəstək verməlidirlər. Bu nüans dönərlərin qiymətinin bahalaşmasına səbəb olacaq. Çünki kəsimxanalarda alınan ətlərin qiyməti nisbətən baha olur. Biz vətəndaşların ucuz və keyfiyyətli məhsul almasının tərafdarıyıq. Lakin insanların sağlamlığı hər şeydən öndə gəlir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət