Yeniyetmələrdə maddə istifadəsi, depressiya, zorakılıq və intihar düşüncələri riskini azaldır
Mütəxəssislərin fikrincə, ailə ilə birlikdə yemək yemək uşaqların psixoloji inkişafına müsbət təsir göstərir.
Sherg.az xəbər verir ki, araşdırmalar göstərir ki, ailə yeməkləri yeniyetmələrdə maddə istifadəsi, depressiya, zorakılıq və intihar düşüncələri riskini azaldır.
Lakin yeni tədqiqatlara görə, əsas amil yeməyin özü deyil, ailə daxilindəki ünsiyyətin keyfiyyətidir. Telefonlardan uzaq, səmimi söhbətlərin olduğu yemək mühitləri daha müsbət nəticələr verir.
Araşdırma həmçinin göstərir ki, ağır travma yaşayan yeniyetmələrdə təkcə ailə yeməkləri kifayət etmir və əlavə psixoloji dəstəyə ehtiyac ola bilər.
Mütəxəssislər bildirir ki, hər gün birlikdə yemək mümkün olmasa da, valideynlə uşaqlar arasında gündəlik qısa ünsiyyət anları belə mühüm rol oynayır.