Akademik: “Xəzərdə suyun azalması davam etsə, Aral dənizinin aqibəti ilə üzləşə bilər”
Yusif Nəzərli
07:43 05.07.2022
Cəmiyyət
284
“Xəzər hövzəsi dünya iqtisadiyyatının diqqət mərkəzində olan, mühüm neft və qaz hasil və ixrac edən regiona çevrilib. Yeni enerji resurslarının sürətli axtarış və istismarı eyni zamanda bir sıra geosiyasi proseslərin yaranmasına səbəb olub”.
“Report” xəbər verir ki, bunu AMEA-nın akademiki Fəxrəddin Qədirov “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, iqtisadi cəhətdən mühüm əhəmiyyət daşıyan Xəzər dənizinin və ətraf regionun geoloji və ekoloji problemlərinin elmi araşdırılması aktual problem olaraq qalır:
“Xəzərdə neft və qazın intensiv kəşfiyyatı və hasilatı fonunda bir çox geo-ekoloji təhlükələrlə rastlaşırıq. Bunlar Xəzər dənizinin səviyyə tərəddüdləri, dəniz dibinin deformasiyaları ilə bağlı geoloji təhlükələr və çirklənmə ilə bağlı ekoloji problemlərdir. Xəzərin ən zəngin bioloji ehtiyatlarının qorunub-saxlanması da günümüzün aktual problemidir. Bunlar bir kontekstdə həllini gözləyən problemlərdir”.
O qeyd edib ki, bütün bu problemlərin elmi həlli Xəzəryanı dövlətlərin birlikdə aparacaqları tədqiqatlara bağlıdır:
“Geoloji inkişaf dövrü ərzində Xəzər regionu dəfələrlə litosfer plitələrinin qarşılıqlı təsiri ilə aktiv geodinamik proseslərin təsirinə məruz qalıb. Alp-Himalay qırışıq qurşağında baş verən plitə toqquşmaları nəticəsində meydana çıxan aktiv geodinamik proseslər Xəzər regionunun cənubunda (Tersk-Cənubi Xəzər çökəkliyi və Qafqaz-Kopetdağ qırışıq sistemi) bu gün də davam edir. Burada baş verən zəlzələlər, palçıq vulkanları və deformasiyalar Xəzər dənizində geodinamik şəraiti müəyyənləşdirir.
Araşdırmalar göstərir ki, zəlzələlərin və palçıq vulkanlarının aktivləşmə fazaları Ərəbistan plitəsinin dinamik təsiri ilə baş verən regional geodinamik rekonstruksiyalar dövrünə uyğun gəlir. Cənubi Xəzər zonasında Ərəbistan plitəsinin təsiri ilə seysmik və vulkanik hadisələr nəticəsində formalaşan geodinamik şərait və relyef dəyişmələri bu gündə özünü göstərir. İqlim dəyişmələri prosesi də bu dəyişikliklərlə eyni zamanda baş verir. Xəzər dənizi regionunda deformasiya və zəlzələlərin təsiri formalaşan geodinamik şərait və iqlim dəyişmələri ilə yanaşı, dəniz səviyyəsinin anomal dəyişmələri də müşahidə olunur”.
Akademik bildirib ki, bu günə kimi aparılan tədqiqatlar Xəzərin səviyyə tərəddüdlərində çox kəskin dəyişmələrin olduğunu göstərir:
“Bu tədqiqatlar 100 il əvvəl Xəzərin səviyyəsinin iki metr yüksək olduğunu göstərir. XX əsrin 30-cu illərində səviyyə 1.5 m aşağı enib, 1978-1995-ci illər arasında 2.7 metr yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq səviyyə ildə 10 sm enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə, Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə rastlaşa bilər. Xəzər dənizinin səviyyə dəyişmələrində müəyyən zaman intervallarında trendlər müşahidə olunsa da, bunların üzərində fluktuasiya dəyişmələri də müşahidə edilir. Coğrafi mövqeyi və okeanlarla əlaqəsinin olmaması səbəbindən Xəzərin səviyyə rejimi onu bəsləyən çaylardan, yağıntılardan və buxarlanmadan - zamanla dəyişən dəniz su balansının əsas komponentlərindən çox asılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya