Alternativ yol yoxdur: “Hamı həmrəy olmalıdır!”
Turan
15:40 24.03.2020
Cəmiyyət
866
“Koronavirusa bir dövlət və cəmiyyət olaraq birgə qalib gələ bilərik”
"Bu gün koronavirusla mübarizəyə bütün dünya səfərbər olub".
Bunu "Sherg.az"a açıqlamasında BAXCP-nin sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.
Partiya rəsmisi bildirib ki, virus qarşı mübarizəyə yalnız həmrəylik yolu ilə qalib gəlmək olar:
"Birgə səy nəticəsində bundan az itki ilə çıxmaq mümkündür. Bu gün dünyanın ən inkişaf etmiş ölkələrindəki vəziyyəti təhlil etdikdə, problemin çox ciddi olduğuna əsas verir. Azərbaycanın virusa qarşı mübarizəsi ilk gündən effektiv oldu. Xüsusən cənab Prezident İlham Əliyevin anındaca verdiyi məlum qərarlar bunu deməyə əsas verir. Nazirlər Kabinetinin tərkibində Operativ Qərargahın yardılması və intensiv olaraq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və bir sıra fərmanların verilməsinin hər birimiz şahidi olduq".
Siyasi şərhçiyə görə, dövlətimiz ən vacib addımları atır:
"Buna birbaşa nəzarəti Prezident İlham Əliyev həyata keçirir. Ölkənin birinci şəxsi və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın bir illik əmək haqqlarını virusa qarşı mübarizə fonduna köçürməsi cəmiyyətdə çox böyük stimul yaradıb. Bizim partiyanın lideri hörmətli Qüdrət bəy Fonda yardım keçirən ilk siyasətçilərdən oldu. Mən də ianə köçürənlər arasındayam. Proses davam edir. Və bu günə qədər 69 milyon ianə toplanıb. İnanıram ki, bu rəqəm daha çox olacaq. Bütün bunlarla yanaşı çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, buna ciddi yanaşanlarla yanaşı, hələ də lağlağı edənlər var. Bu adamlar baş vermiş hadisənin fərqində deyillər. Başa düşmürlər ki, artıq karantin də elan olundu. Ötən gün Prezident də bu məsələdən xeyli danışdı və hətta çağırış etdi hamıya, siyasi təşkilatlara".
N.Orduxanlı vurğulayıb ki, hamımız bir olmalıyıq və həmrəylik nümayiş etdirməliyik:
"Siyasi mövqeyindən aslı olmayaraq hamı həmrəy olmalıdır. Belə bir məqamda siyasi fürsətçilik etmək xəyanətdir. Və bunu Azərbaycan xalqı heç kimə bağışlamaz. Həmrəylik hər birimizin vətəndaş borcudur və mənəvi yüküdür. Biz bir dövlət və cəmiyyət olaraq buna birgə qalib gələ bilərik! Alternativ yolumuz yoxdur! Hər kəs öz insanlıq borcunu yerinə yetirməlidir!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm