Artıq ciddi problemi olmayan insanlar da intihara əl atır - Psixoloq
11:36 06.11.2023
Cəmiyyət
818
İnsan özündə müəyyən əlamətləri hiss edən zaman mütləq mütəxəsisə müraciət etməlidir
Qazax rayon Hüseynbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Rüfət Əsəd oğlu Mahmudov özlərinə məxsus üzümlük sahədə intihar edib. “Report”un Qərb bürosunun məlumatına görə, onun meyiti hadisədən bir müddət sonra sahəyə gedən əmisi tərəfindən aşkarlanıb. Mərhum Qazaxda vəkil olub və intihardan bir gün öncə yaxınlarına işi ilə bağlı başqa rayona gedəcəyini bildirib. Səhəri gün isə onun meyiti üzümlük sahədə aşkarlanıb. R.Mahmudov ailəli olub, bir qızı, iki oğlu var, həyat yoldaşı Qazax Rayon İcra Hakimiyyətində çalışır. Mərhumun atası Əsəd Mahmudov rayonda tanınmış şəxsdir. O, sovxozda, ət kombinatında direktor, Qazax Rayon Sudan İstifadə Birliyində isə icraçı direktor vəzifələrində çalışıb.
Yaxınları və kənd sakinləri mərhumun hansısa bir problemi olmadığını, hər kəsə qarşı xoş rəftar edən, mülayim insan olduğunu bildiriblər. Faktla bağlı Qazax
Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Mövzu ilə bağlı psixoloq Elmir Əkbər "Sherg.az"a bildirib ki, artıq ciddi problemi olmayan insanlar da intihara əl atır:
"Bəzilərinin problemi olsa da gizli saxlayır. Bilinmir deyə təəccüb yaradır. Amma ümumi əsas formul vaxtında həkim psixoterapevtə müraciət etməkdir. İntihar ani olaraq yaranmır, müəyyən dövrdən keçir. İnsan özündə müəyyən əlamətləri hiss edən zaman mütləq mütəxəsisə müraciət etməlidir. Bəzi əlamətlər var ki, yaranması öz daxili resurları sayəsində bu işin öhdəsindən gələ bilmir. Bizdə cəhalət və nadanlıq höküm sürür. İnsanlar fikirləşirlər ki, həkim-psixoterapevtə, psixoloqa getmək olmaz. Çox vaxt həkim-psixoterapevti psixoloq və nevroloqla səhv salırlar. Əgər, insan həyatdan əvvəlki kimi zövq ala bilmirsə, özünə qapanır, dost və tanışdan uzaqlaşır. Bu artıq depressiyanın əlamətidir. Bunun da sonu intihara və digər ağır xəstəliklərə gətrib çıxara bilər. Eyni zamanda səbəb anidən baş vermiş hər hansı bir ağır travma da ola bilər. Bir hadisə baş verir, insan əvvəlcə bir müddət öz daxilində analiz edir, çıxış yolu axtarır. Tapmadıqda isə intihara əl atır. Belə insanlar stressi keçirən zaman vaxtında müraciət etsələr, mütəxəsis onları xilas edə bilər. Psixoterapevt adı ilə sosial şəbəkələrdə çıxış edən "dələduzlar" insanlarda məyusluq yaradır. Düşünürlər ki, mütəxəsislərin hamısı belədir və müraciət etmək mənasızdır. Eyni zamanda yaxın çevrədəki şəxslərin diqqəti azalıb. Müasir dövrdə insanlar bir-birinə biganələşib. Bu özü də insanın xilas olmasında çox böyük rol oynaya bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya