Azad olunmuş ərazilərə ilk növbədə kimlərin geri qaytarılacağı açıqlanıb
09:48 24.02.2022
Cəmiyyət
483
"Bizim qarşıda böyük işlərimiz var – su, işıq, qaz, yollar, minalar, evlər. Biz başlamışıq, biz ötən il 1 milyard 300 milyon dollar ayırmışdıq, bu il isə eyni vəsaiti bərpa işlərinə ayırmışıq. Pilot layihə icra olunur, lakin bu, vaxt aparacaq. Deməliyəm ki, bununla paralel olaraq, işğal dövründə biz qaçqınlar üçün fəal şəkildə evlər tikirdik, hər il təxminən 5-6 min ailəni, təqribən 30 min insanı yerləşdirirdik. Yəni, onlardan təqribən 70 faizi normal yaşayır".
"Report"un xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı bildirib.
"Biz Bakıda, Sumqayıtda, Gəncədə və bir çox şəhərlərdə evlər tikirdik. Lakin onların 30 faizi hələ də uyğunlaşdırılmayan binalarda, yataqxanalarda, uşaq bağçalarında və ağır şəraitdə yaşayır. Buna görə də, ilk növbədə, bu kateqoriyadan olan insanlar geri qaytarılacaq. Artıq bizim tərəfimizdən Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək. Hər şey plan üzrə yerinə yetiriləcək, heç bir qarma-qarışıqlıq olmayacaq. “Yaşıl enerji” prinsipi əsas götürüləcək. Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası olacaq. Bu insanlar çox gözləyiblər, bu səbəbdən onlar Azərbaycanda mümkün olan ən yaxşı şəraitdə yaşamalıdırlar. Mən konkret müddət deyə bilmərəm, hətta onlarla görüşlərdə deyə bilmərəm, onları yanılda bilmərəm. Biz bu prosesi sürətləndirmək üçün hər gün, hər saat hər şey edirik. Lakin bizə, əlbəttə ki, kömək lazımdır, məhz minalardan təmizlənmə baxımından, hətta maliyyə yardımı deyil, texniki yardım lazımdır. Sadəcə, biz fiziki cəhətdən çatdıra bilmirik. Bizim Minatəmizləmə Agentliyimiz var, Müdafiə Nazirliyində bir neçə batalyonumuz var, FHN qrupu var. Lakin fiziki baxımdan çatmır, çünki bu, çox ləng prosesdir. Buna görə də biz beynəlxalq strukturlara kömək üçün müraciət etmişik. Lakin əfsuslar olsun ki, artıq bir il üç ay keçib, hələ də müraciətimiz cavabsız qalıb", - deyə dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paris Yay Olimpiadasının medalları dəyişdirilir
17:36 25.02.2026
İdman
Rus general Azərbaycana gəlib, hərbi əməkdaşlıq müzakirə olunub
17:18 25.02.2026
Hərbi
Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
17:03 25.02.2026
Ekologiya
Ermənistan müdafiə naziri Əli Laricani ilə görüşdü
17:01 25.02.2026
Gündəm
Yuxulamaq vəzifəyə qarşı hörmətsizlikdir - Mütəxəssis
16:37 25.02.2026
Elm və Təhsil
FHN-nin əməkdaşları üzgüçülük yarışında yüksək nəticələr əldə etdi
16:27 25.02.2026
İdman
Prezident İlham Əliyev Xocavənd kənd sakinləri ilə görüşüb
16:21 25.02.2026
Gündəm
İran mühasirədədir, rejim bir gündə çökə bilər - RƏY
15:52 25.02.2026
Region
Pezeşkian etirazçı tələbələrlə dialoqa hazır olduğunu bildirdi
15:44 25.02.2026
Region
Paşinyan iyunun 7-də qələbəyə hazırlaşır - Manukyan
15:36 25.02.2026
Siyasət
Yanvarda xaricə səfər edən azərbaycanlıların sayı açıqlanıb
15:16 25.02.2026
Cəmiyyət
Şagirdlərin elektron yerdəyişməsi başlayır
15:14 25.02.2026
Elm və Təhsil
Türkiyə İran-ABŞ müharibəsinə hazırlaşır
14:49 25.02.2026
Gündəm
Nepalda repçi baş nazir ola bilər
14:42 25.02.2026
Dünya