"ABŞ kimi dünyanın taleyinə hökm etməyə öyrəşmiş qlobal supergüc əl quzusuna dönüb. Bu virus hər gün minlərlə insana hücum edir. Almaniya, Fransa, İtaliya kimi Avropanın nəhəng dövlətləri hər gün yüzlərlə vətəndaşının həyatına son qoyan virusla mübarizədə bacarıqsız durumdadır. Azərbaycan isə bu dəfə də öz bildiyini edir və öz seçdiyi yöntəmlə davranır. Öncə sərhədlər qapadıldı. Dünyanın hər tərəfindəki Azərbaycan vətəndaşları dövlətin qayğısı hesabına Vətənə gətirilir, karantinə alınır. Bununla bərabər ölkədə önləyici tədbirlər görülür. İnsanların kütləvi olduğu iş yerləri, təhsil müəssisələri işinə ara verdi. İndi də Bakı və ətrafıyla ölkənin müxtəlif istiqamətləri arasında təcrid tətbiq edilir. Dövlət istər iş adamlarını, istərsə də gündəlik çörək pulu qazanan ən adi vətəndaşı düşünüb uyğun addımları atır. Yəni elə edilir ki, indiki mərhələdə Azərbaycan vətəndaşı tək qalmasın, arxasında gerçək bir dəstək görsün. Bütün bunlar ona görə edilir ki, vətəndaşımız bu qlobal bəladan ən az itki ilə çıxa bilsin".
“Azərbaycan insanı sonadək dövlətin himayəsində olacaq” – AKTUAL