Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tbilisidə şəhid ailələri ilə görüşdü - FOTO
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tbilisidə şəhid ailələri ilə görüşdü - FOTO
Yusif Nəzərli
17:52 28.09.2022
Cəmiyyət
425
Gürcüstana rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də Azərbaycan səfirliyində olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfir Faiq Quliyev Azərbaycan Ordusunun Baş Qərargah rəisinə səfirliyin fəaliyyəti, həyata keçirdiyi layihələr və gördüyü işlər barədə məlumat verib. S
onra general-polkovnik Kərim Vəliyev səfirliyin binasında Gürcüstanda olan şəhid ailələrinin üzvləri ilə görüşüb. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfir Faiq Quliyev çıxış edərək Gürcüstanda yaşayan soydaşlarımızın Birinci və İkinci Qarabağ müharibələri dövründə Azərbaycan dövlətinə göstərdiyi dəstək və yardımlardan söz açıb. Gürcüstandan olan 22 soydaşımızın şəhid olduğunu diqqətə çatdırıb. Bildirib ki, səfirlik Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın tapşırığına əsasən şəhid ailələrinin qayğıları ilə maraqlanır, onların problemlərinin həllinə çalışır. Diplomat Gürcüstandan olan şəhidlərimizlə bağlı sənədli filmin çəkildiyini diqqətə çatdırıb, şəhidlərlə bağlı kitab hazırlandığını vurğulayıb. Onun sözlərinə görə, dövlətimiz harada yaşamasından asılı olmayaraq bütün şəhid və qazi ailələrinə diqqət və qayğı göstərir. Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin təşəbbüsü ilə reallaşan bu görüş də məhz həmin siyasətin, diqqət və qayğının bariz nümunəsidir.
General-polkovnik Kərim Vəliyev Gürcüstandan olan bəzi şəhidlərlə, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı polkovnik İlqar Mirzəyevlə bağlı xatirələrini bölüşüb. Baş qərargah rəisi Gürcüstandan olan soydaşlarımızın Vətən müharibəsində əsl qəhrəmanlıq göstərdiklərini və heç bir şəhidin diqqətdən kənarda qalmadığını qeyd edib. Bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi də Müzəffər Ali Baş Komandanın tapşırığına əsasən şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərir. Sentyabrın 27-də keçirilən Anım Günündə nazirliyin rəhbər heyəti Şəhidlər xiyabanında şəhidlərimizin məzarlarını ziyarət edib, onların xatirəsini ehtiramla anıblar. Bu görüşün məqsədi isə Gürcüstanda olan şəhid ailələrinin qayğıları ilə maraqlanmaq, onların problemlərinin həllinə yardım göstərməkdir. Görüşdə iştirak edən şəhidlərin valideynləri, qohumları və yaxınları göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Sonra şəhid ailələrinə xatirə hədiyyələri təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə