Azərbaycan vətəndaşlarının Naxçıvana səfəri üçün İranla sənəd imzalayacaq
Yusif Nəzərli
07:19 10.03.2022
Cəmiyyət
777
Azərbaycan vətəndaşlarının İran ərazisindən istifadə etməklə Naxçıvana səfəri üçün qonşu ölkə ilə anlaşma memorandumu imzalayacaq.
“Report” xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi bildirib.
O, bu barədə sabah keçiriləcək Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasında iştirak etmək üçün Bakıya yola düşməzdən əvvəl açıqlama verib.
“Bu sənəd Azərbaycan xalqına Naxçıvana səfər etmək üçün İran torpaqlarından istifadə etməyə imkan verəcək. Bundan başqa, səfər zamanı Azərbaycanın İrana verməyə razılaşdığı bir sıra layihələr, eləcə də enerji, kənd təsərrüfatı və sənaye sektorlarında əməkdaşlıq müzakirə ediləcək. Azərbaycanda - Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Iran Khodro”nın fəaliyyətinin genişləndirilməsi razılaşdırılacaq”, - deyə o, qeyd edib.
R.Qasımi Azərbaycana səfəri zamanı digər sahələrdə də memorandumların imzalanacağını bildirsə də, onlar barədə konkret danışmayıb.
Xatırladaq ki, indiyə qədər İran Azərbaycan iqtisadiyyatına 4,2 milyard ABŞ dolları, Azərbaycan isə İran iqtisadiyyatına 1,9 milyard ABŞ dolları həcmində investisiya qoyub. Hazırda Azərbaycanda İran kapitallı 2 min şirkət fəaliyyət göstərir. O cümlədən İranın ən böyük avtomobil istehsalçısı olan “Iran Khodro” “Azərmaş” ASC ilə birlikdə “Xəzər” şirkətini yaradıb və iki ölkə birgə avtomobil istehsal edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz