Azercell 65 yaşdan yuxarı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir!
07:04 25.03.2020
Cəmiyyət
567
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar dünyada müşahidə olunan gərgin vəziyyətdə abunəçilərini diqqət mərkəzində saxlamağa davam edir.
MMC-dən Trend-ə verilən məlumata əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırda ölkədə xüsusi karantin rejimi elan edildiyini nəzərə alaraq, mobil operator mart ayının 24-dən etibarən 65 yaşdan yuxarı olan abunəçilərinə Azercell-in Müştəri Xidmətlərindən evlərini tərk etmədən yararlanmaq imkanı təklif edir.
Belə ki, şirkətin bu kateqoriyaya aid olan bütün müştəriləri Azercell-in Onlayn Müştəri Xidmətləri və ya Telefon Mərkəzinə müraciət edərək, şirkətin Mobil Müştəri Xidmətlərindən təmənnasız istifadə edə biləcəklər.
İlkin mərhələdə Bakı şəhəri və Abşeron yarımadasının yaşı 65-dən yuxarı olan abunəçilər üçün ödənişsiz istidadəyə verilən Mobil Müştəri Xidmətləri yaxın günlərdə Azercell-in bölgələrdə yaşayan müştəriləri üçün də əlçatan olacaq. Qeyd edək ki, ölkədə tətbiq edilən sosial izolyasiya tədbirlərinə riayət edilməsini rəhbər tutaraq, Azercell-in Onlayn Müştəri Xidmətləri və ya Telefon Mərkəzinin əməkdaşları müştəriyə bütün lazımi dəstəyi göstərməyə çalışacaq və yalnız zəruri hallarda (sim-kart dəyişikliyi kimi servislər) müraciət şirkətin Mobil Müştəri Xidmətlərinə yönləndiriləcək. Onu da vurğulayaq ki, “Azercell Telekom” MMC əhalinin və əməkdaşlarının sağlamlığının qorunması, həmçinin COVID-19 virusunun yayılmasının qarşısının alınması çərçivəsində müvafiq preventiv tədbirlər görərək, Mobil Müştəri Xidmətlərini, eləcə də abunəçilərlə təmasda olan bütün əməkdaşlarını ölkədə tətbiq edilən xüsusi rejim qaydalarına riayət edilməsi barədə təlimatlandırıb, onları maska, əlcək, antiseptik vasitələr və qoruyucu geyimlə təmin edib. Eyni zamanda, Azercell-in Müştəri Xidmətləri ofislərində masaüstü şüşə arakəsmələr quraşdırılıb.
Xatırladaq ki, Azercell-in Bakı və bölgələrdə çalışan Müştəri Xidmətləri Mərkəzləri, Azercell Eksklüziv və Azercell-in rəsmi diler məntəqələrində mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir. Xidmət mərkəzləri xüsusi iş rejimində çalışaraq hər gün 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir.
Azercell öz abunəçilərinə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının mövcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyə edir:
• Online Müştəri Xidmətləri https://www.azercell.com/az/;
• “Kabinetim” Mobil tətbiqi və onun tərkibindəki çat xidməti https://www.azercell.com/my/login;
• Azercell-in rəsmi Facebook, Twitter və Instagram səhifələri;
• Azercell Telefon Mərkəzi:
- Fakturalı Xətt Abunəçiləri: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565/*1111 qısa nömrələri
- Fakturasız Xətt (SimSim) Abunəçiləri: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002/*1111 qısa nömrələri
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm