"Bakı Metropoliteni" maşinist olmaq istəyən qadınlara fürsət verir
Yusif Nəzərli
06:13 08.12.2023
Cəmiyyət
640
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti qatar maşinisti olmaq istəyən, həmçinin qərar vermək üçün tərəddüd edən xanımlar yeni fürsət imkanı yaradır.
"APA-Economics"in "Bakı Metropliteni" QSC-yə istinadən xəbərinə görə, xanımların bu sahədə uğur qazanmasının mümkünlüyünü, onların bu mənada kişilərdən geri qalmadığını bir daha əyani nümayiş etdirmək üçün metropolitenin Təlim-tədris mərkəzində açıq qapı günü keçirəcək.
Açıq qapı günündə iştirak edəcək xanımlara metropolitenlə bağlı ümumi məlumatları almaq, bir çox sahələrlə ətraflı tanış olmaq, ən əsası, mərkəzin əsas guşəsi olan qatar trenajoru barədə müfəssəl məlumat almaq imkanı yaradılacaq. İştirakçılara maşinist peşəsinin sirləri, iş rejimi barədə və digər faydalı məlumatlar təqdim ediləcək. Metropolitenin sahə üzrə rəhbər və mütəxəssis heyəti maraqlananlarla fikir mübadiləsi aparacaq və onların suallarını cavablandıracaq.
Görüşdə Bakı metropoliteninin qatarlarını idarə edən maşinist qadın Türkan Bəylər də iştirak edərək, tövsiyələrini verəcək, müdavim kimi kurs zamanı topladığı təcrübə və tədris prosesi barədə fikirlərini paylaşacaq.
Qeydiyyat üçün (012) 4900101 (daxili – 17-29) stasionar, (050) 2781811 mobil rabitəsindən, eləcə də maryam.quliyeva@metro.gov.az elektron poçt ünvanı ilə müraciət etmək mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi