Bakıda binanın lift şaxtası çökdü: Sakinlər təlaş içindədirlər - FOTO
Yusif Nəzərli
08:01 10.04.2023
Cəmiyyət
581
Bakıda inşa edilən yeni yaşayış binasında liftin şaxtası çöküb.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
İddia edilir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində inşa edilən yaşayış binalarından birində baş verib.
Sakinlər iddia edirlər ki, “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yeni inşa edilmiş yaşayış binasından mənzil alan sakinlər evlərinə köçməyə qorxurlar. Binanın lift üçün nəzərdə tutulmuş qovşağı çöküb və yarasız hala düşüb.
Qeyd edək ki, ekoloq, seysmoloq Ənvər Əliyev çıxışlarından birində Bakının 7-9 ballıq zəlzələyə dözümlü olduğunu deyib. Bəs bu cür vəziyyətdə olan bina necə, zəlzələ olsa, nələr baş verə bilər?
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qeyd olunan binada tikinti işlərinə icazə sənədi olmadan başlanıldığı müəyyən edilib:
“Qurum tikinti işlərinin dayandırılması barədə qərar qəbul edib. Bu barədə aidiyyəti dövlət qurumlarına mütəmadi olaraq məktublar ünvanlanıb. Eyni zamanda tikintini aparan subyekt barəsində İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq inzibati protokol tərtib edilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə