Zelenski ABŞ-dan “Patriot” raketlərinin tədarükünü bərpa etməyi tələb edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını istəyib.

Sherg.az xəbər verir ki, Zelenski “Telegram” kanalında paylaşım edərək Avropa ölkələrinin razılaşdırdığı raket-tutucuların Ukraynaya çatdırılmasının qarşısının alınmamasına çağırıb. O, Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparıldığı bir vaxtda Kiyevə göstərilən yardımın həcminin azaldılmasını qəbuledilməz hesab etdiyini bildirib.

Bundan əvvəl Zelenski atəşkəs əldə olunacağı təqdirdə Qərb ölkələrinin Ukrayna ordusunun saxlanmasını ən azı daha 10 il maliyyələşdirməli olduğunu bildirmişdi.

Bundan başqa, Ukrayna 2027-ci ildə hərbi xərclər üçün Avropa İttifaqından əlavə 70 milyard avro istəyib. Zelenski bu barədə Brüsseldə keçirilən Aİ sammitində çıxışı zamanı danışıb.