Bakıda manatın saxtalaşdırılması halları artıb
13:06 14.03.2020
Cəmiyyət
620
Mart ayında Bakıda saxta əskinasların dövriyyədə olması halları çoxalıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Martın ilk günlərində paytaxtda ən azı dörd belə fakt qeydə alınıb.
Belə ki, martın 3-də Suraxanı rayonunun Hövsan qəsəbəsində naməlum şəxs mağaza sahibi Teymur Abdulkərimova (1974-cü il təvəllüdlü) saxta 100 manat ödəyib.
Bu faktla bağlı 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən heç kim tutulmayıb.
Martın 4-də Qaradağ rayonundakı “Sədərək” ticarət mərkəzində Ceyhun və İlham adlı şəxslər Ə.Əskərova saxta 200 manatlıq əskinasla hesabı ödəyiblər.
Elə həmin gün Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində “Araz” marketdə alıcı saxta 20 manatlıq əskinas ilə ödəniş edib.
Martın 8-də, Nizami rayonunda Babək Abdullazadə Samir adlı bir tanış tərəfindən aldadılıb. Sonuncu ona iki saxta 100 manatlıq əskinas ödəyib.
Cinayət 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırılır.
Adının açıqlanmasını istəməyən hüquq-mühafizə orqanının əməkdaşının dediyinə görə, ələ keçirilən bütün əskinaslar rəngli printerdən istifadə olunmaqla hazırlanıb. Belə bir saxta pulu tanımaq asandır, yalnız diqqətlə nəzərdən keçirmək kifayətdir.
Ekspert bildirib ki, əksər hallarda fırıldaqçılar kiçik mağazalara və yanacaqdoldurma məntəqələrində saxta puldan istifadə edirlər.
Xatırladaq ki, ötən ilin sonunda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında Mərkəzi Bankın saxta pulla mübarizə sahəsində Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda saxta pul çox deyil və bu göstərici digər ölkələrə nisbətən daha aşağıdır.
Manat olduqca yaxşı qorunur və bu amil saxta pulun geniş miqyasda yayılmasına mane olur.
Qeyd etmək lazımdır ki, saxta pulların yayılması problemi təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də aktualdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi