Bakıda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam edir
07:12 16.03.2020
Cəmiyyət
524
Bakıda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri gücləndirilib.
Bakı şəhər İcra Hakimiyyətindən "Sherg.az"a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər daha da gücləndirilib.
Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xüsusi tədbirlər görülür. Departamentin balansında olan yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinələrı və onun ətrafı, ən vacibi məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.
Hər gün səhər saatlarında Departamentin işçiləri tərəfindən suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla küçə və prospektlərin kənarları, yol kənarlarındakı məhəccərlər və s. də yuyulur.
Eyni zamanda paytaxt sakinlərinin daha çox istifadə etdikləri ticarət mərkəzlərində, xüsusilə bazarlarda müvafiq işlər aparılır.
Yaranmış vəziyyətlə əlaqədar paytaxtdakı iri ticarət mərkəzləri və "mall"arın rəhbərləri ilə Bakı şəhər İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə Nazirlər Kabineti yanında operativ qərargahın sərəncam və tövsiyələri ticarət mərkəzlərinin rəhbərlərinin nəzərinə çatdırılaraq, ölkə ərazisində tətbiq olunan bəzi sosial izolyasiya tədbirləri çərçivəsində onların qarşısında duran vəzifələr, görülməsi vacib işlər müəyyənləşdirilib. Tösiyə olunub ki, mərkəzlərin iş rejimi operativ qərərgahın müəyyən etdiyi saatlarda olmaqla, mərkəzlərə girişdə vətəndaşların hərarətlərinin yoxlanılması, xidmət personalının xüsusi geyim vasitələri ilə təmin olunması, giriş və çıxışlarda alkoqol əsaslı dezinfeksiya dispenserlrini quraşdırılması, mollardakı uşaq əyləncə zonalarının fəaliyyətinin dayandırılması, evlərə ərzaq çatdırılması xidmətlərinin işə salınması kimi tədbirlər həyata keçirilsin. Həmçinin qeyri-iş saatlarında mərkəzlərin tam dezinfeksiyası, mərkəzlərdə maarifləndirici məsləhət panolarının yerləşdirilməsi və video çarxların nümayiş etdirilməsi, xəstə əməkdaşların əmək fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması, bütün personalın müvafiq qaydada təlimatlandırılması tapşırılıb.
Bildirilib ki, şəhər İcra Hakimiyyəti və müvafiq qurumların nümayəndələri tərəfindən bütün ticarət mərkəzlərində mütəmadi monitorinqlər aparılacaq, Operativ Qərargahın sərəncam və tövsiyələrinə riayət etməyən ticarət mərkəzləri və cavabdeh şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəldi
11:25 18.05.2026
Gündəm
KİV: Tramp Ağ Evdə helikopter meydançası tikməyi düşünür
11:21 18.05.2026
Dünya
Yermak azadlığa çıxır: 140 milyon girov ödənildi
10:54 18.05.2026
Dünya
Daha bir itkin-şəhid dəfn ediləcək
10:52 18.05.2026
Cəmiyyət